Rayon haqqında
Rayon haqqında
RAYON HAQQINDA QISA MƏLUMAT |
|||
Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonunun ərazisi qədim yaşayış məskənlərindən hesab olunur. İndiki Xəzər rayonunun yaşayış məntəqələri 1921-1936-cı illər ərzində mövcud olan və o zaman daha geniş ərazini, həmçinin bir neçə digər kəndləri də əhatə edən “Qala-Maştağa inzibati rayonu” nun ərazisinə aid edilmişdir. Sonralar inzibati rayonlaşmanın yeni bölgüsünə uyğun olaraq hazırki Xəzər rayonunun yaşayış məntəqələri 1936-cı ildə yaradılan və 1966-cı ilədək fəaliyyətdə olmuş S.Artyom (F.S.Sergeyev) rayonu inzibati vahidliyinə qatılır. 1966-cı ildə “M.Əzizbəyov adına rayon” inzibati ərazi vahidliyi təsis olunur. Bakı şəhərinin Əzizbəyov rayonu Xəzər rayonu adlandırılması, Əzizbəyov rayon inzibati ərazi vahidi Xəzər rayon inzibati ərazi vahidi hesab edilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən 11 may 2010-cu il tarixli, 1009-IIIQ nömrəli Qanun təsdiq edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 519-IVQ nömrəli Qanununu 2012-ci il 21 dekabr tarixində imzalamış və Qanun hüquqi qüvvəyə minmişdir. 17 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalamışdır. Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin izmaladığı 3 fevral 2014-cü il tarixli "Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" na əsasən (Pirallahı, Çilov və Nüft Daşları) ilə yanaşı Gürgən qəsəbə inzibati ərazi dairəsi də Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. Rayonda Milli Aviasiya Akademiyası, Polis Akademiyası və Daxili Qoşunların Ali Hərbi Məktəbi, Dendrologiya İnstitutu, 29 tam, 1 orta məktəb, 3 gimnaziya, 6 internat məktəbi, 23 uşaq bağçası, 5 özəl bağça, 2 uşaq sağlamlıq düşərgəsi, “Cırtdan” və Ç.Mustafayev adına düşərgələr, 1 Mədəniyyət sarayı, 8 mədəniyyət evi, 1 klub, 7 ktabxana, 1 Gənclər Evi, 22 istirahət və xatirə parkları, 8 qəsəbə nümayəndəliyi, 8 qəsəbə bələdiyyəsi, fəaliyyət göstərən 25 sənaye müəssisəsi, 70-ə yaxın kənd təsərrüfatı müəssisəsi, Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Maliyyə Nazirliyi, Dövlət Xəzinadarlıq Agentliyinin 3 saylı Xəzinədarlıq İdarəsi, "Bakı Telefon Rabitəsi" MMC-nin 5 Saylı Rabitə Xidmətləri Mərkəzi, “Azərpoçt” MMC-nin 4 saylı poçt filialı, “Azərsu” ASC-nin Xəzər rayon Su-Kanal Departamenti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 2 saylı DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xəzər rayonu üzrə “KOB Dostu”, Bakı Regional Qaz İstismar Sahəsinin Xəzər rayonu üzrə Texniki İstismar Xidməti, “Azərişıq” ASC-nin Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi, Zirə Enerji Təchizatı və Satışı Sahəsi, “Bakı Şəhər İşığı” elektrik şəbəkə müəssisəsi Xəzər texniki istismar rayonu, Rayon baytarlıq sahəsi, 22 müalicə-profilaktika müəssisəsi, 2 psixo-nevroloji xidmət müəssisəsi, və s. mövcuddur. Bundan əlavə rayon ərazisində 17108 məcburi köçkün, 175 şəhid ailəsi, 171 Qarabağ müharibəsi əlili, 5 “20 Yanvar” şəhid ailəsi, 14 “20 Yanvar” əlili, 27 Çernobıl AES əlili, 8 Böyük Vətən Müharibəsi əlili və iştirakçısı, 642 Qarabağ müharibəsi veteranı, 1 Milli qəhrəman vardır.
|
CƏDVƏL ÜZRƏ GÖSTƏRİCİLƏR
Rayonunun ərazisi |
336.86 kv km |
||
Rayonunun əhalisi |
204,736 nəfər - 01.01.2023-cü il vəziyyətinə |
||
Qəsəbələrin sayı |
8 |
||
Bələdiyyələrin sayı |
8 |
||
Fəaliyyət göstərən sənaye müəssisələrinin sayı |
25 |
||
Rayon üzrə Tam orta, Gimnaziya və Peşə məktəblərin sayı |
29 – Tam orta məktəb, 1 orta məktəb, 3 - Gimnaziya, 2 – Peşə məktəbi |
||
Ali məktəblərin sayı |
3 – (Milli Aviasiya, Polis Akademiyası və Daxili Qoşunların Ali Hərbi Məktəbi) |
||
Məktəbəqədər tərbiyyə müəssisələrinin sayı |
23 - (5 özəl) |
||
İnternat məktəblərinin sayı |
6 |
||
Rayonda mövcud olan istirahət və xatirə parkları |
16 İstirahət parkı, 6 xatirə parkı |
||
Mədəniyyət sarayları və evləri |
1 Mədəniyyət Sarayı, 8 Mədəniyyət evi, 1 klub, Gənclər evi |
||
Kitabxanalar |
7 |
||
Məscidlər və ziyarətgahlar |
28 - Məscid, 4 - Ziyarətgah |
||
Siyasi partiyaların yerli şöbələri |
7 |
||
QHT və İctimai Birliklər |
19 |
||
Rayonda fəaliyyət göstərən Bank və Bank filiallarının sayı |
11 |
||
Rayonda fəaliyyət göstərən Sığorta şirkətlərinin sayı |
1 |
||
Rayon üzrə səhiyyə müəssisələrinin sayı |
4- Birləşmiş Şəhər Xəstəxanası, 25 - Müalicə . prof.müəssisəsi, 2 - Psixonevroloji xidmət müəssisəsi |
||
Rayonda məskunlaşmış Məcburi köçkünlər |
17136 |
||
Şəhid ailələri |
149 |
||
Qarabağ müharibəsi əlilləri |
182 |
||
“20 Yanvar” şəhid ailələri |
5 |
||
“20 Yanvar” əlilləri |
14 |
||
“Çernobl” AES Əlilləri |
27 |
||
Böyük vətənmüharibəsi əili və iştirakçıları |
8 |
||
Qarabağ müharibəsi veteranları |
642 |
||
Milli Qəhrəmanlar |
1 |
||
XƏZƏR RAYONUNUN - 01.01.2023-cü il vəziyyətinə |
|||
QƏSƏBƏNIN ADI |
ƏRAZISI |
ƏHALISI |
|
Mərdəkan qəsəbəsi |
17,9 kv. km |
32084 nəfər |
|
Şüvəlan qəsəbəsi |
33,27 kv.km |
20885 nəfər |
|
Buzovna qəsəbəsi |
39,06 kv.km |
34296 nəfər |
|
Binə qəsəbəsi |
32,79 kv.km |
80133 nəfər |
|
Qala qəsəbəsi |
82,04 kv.km |
8731 nəfər |
|
Türkan qəsəbəsi |
40,22 kv.km |
12596 nəfər |
|
Şağan qəsəbəsi |
4,24 kv.km |
4348 nəfər |
|
Zirə qəsəbəsi |
87,34 kv.km |
11663 nəfər |