Rayon haqqında
İdman
Azərbaycanın bütün bölgələrində olduğu kimi, Xəzər rayonunda da Gənclər və İdman İdarəsi fəaliyyət göstərir. Xəzər rayon Gənclər və İdman İdarəsi Azərbaycan Respublikasının Qanunvericiliyini, eyni zamanda Gənclər və İdman siyasəti üzrə qəbul edilən dövlət proqramları və tədbirlər planını rəhbər tutaraq, müxtəlif tədbirlər planı hazırlayır və onları həyata keçir. Xəzər rayonunda Gənclər və İdman İdarəsinin təşkil etdiyi idman tədbirlərinin keçirilməsi üçün rayonda müasir tələblərə cavab verən idman kompleksləri yaradılmışdır. Belə ki, rayonda 1 Olimpiya kompleksi, 7 böyük stadion, 4 məhəllələrarası stadion, 25 Ali və orta məktəblərin ərazisində olan stadion, 10 idman klubu, 371 idman bölməsi, 1 «Atçılıq» klubu (Azərbaycan Respublikası Atçılıq Federasiyası), 4 üzgüçülük hovuzu, 1 Ağır Atletika Akademiyası, 2 idman zalı (Binə və Buzovna qəsəbəsində), 1 Tədris İdman Bazası (Buzovna qəsəbəsi), 1 idman kompleksi (Zirə qəsəbəsində) fəaliyyət göstərir.