Rayon haqqında
İqtisadiyyat
Xəzər rayonu Bakı şəhərinin rayonları arasında iqtisadi potensialına, çoxşaxəli iqtisadiyyatına və bir sıra sosial-iqtisadi göstəricilərinə görə seçilir. Burada 1-neft-qazçıxarma idarəsi, 25-ə yaxın iri sənaye müəssisəsi və 70-ə yaxın kənd təsərrüfatı müəssisəsi vardır. Bunlardan “İqlim” Elmi İstehsalat Müəssisəsi, Qala maşınqayırma zavodu, “Göknur” Kabel zavodu, “NB Group” boya zavodu, Şimal DRES, Şüvəlan Şirniyyat Fabriki və digər istehsal müəssisələri fəaliyyət göstərir. Rayonun sosial-iqtisadi həyatında, eləcə də əhalinin məşğulluğu baxımından öncül yeri neft-qaz hasilatı, energetika sahəsi üzrə ixtisaslaşmış müəssisələr və müasir istixana kompleksləri mühüm yer tutur. Dünya standartlarına cavab verən Heydər Əliyev adına Bakı Hava Limanı Xəzər rayonu ərazisində yerləşməsini rayon üçün strateji üstünlüklərdən biri kimi qəbul edilir. Rayon ərazisində 9 bank filialı, 7 mənzil istismar sahəsi, 7 poçt şöbəsi fəaliyyət göstərir.
Sənaye müəssisələri
| Adı | Ünvanı | Direktor |
| “İqlim” MMC-nin İqlim zavodu | Buzovna qəsəbəsi, M.Namazov küçəsi 83 | Kazımov Rauf |
| "NB QROUP" ASC | Buzovna qəsəbəsi, Albalılıq dayanacağı | Əsədov Cəlil |
| “ALMET” ASC | Mərdəkan-Buzovna yolunun sol tərəfi | Xəlilov Samir |
| Binə şüşə zavodu | Binə qəsəbəsi, A.Bakıxanov küçəsi | Quliyev Xankişi |
| “Konfirom” MMC | Buzovna, Q.Nəbi küçəsi | Hümbətəliyev Cavid |
| “Adore” MMC | Şüvəlan qəsəbəsi, A.İldırım 4 | İsmayılova Nərmin |
| "Şimal ES” MMC | Şüvəlan qəsəbəsi, L.Starçuk küçəsi | Əlili Pirəli |
| “Göknur Bakı LTD” MMC | Zirə qəsəbəsi, Bakı-Pirallahı yolunun sağ tərəfi | Rzayev Rahib |
| Taghiyev Operating Company | Qala qəsəbəsi, Əzizbəyov küçəsi, dəmiryol s/t 1046 | Nuriyev Nahid |
| “Qala maşınqayırma” ASC | Qala stansiyası | Rzayev Rauf |
| "İstanbul Reklam Market" MMC | Qala qəsəbəsi | Özgür Karslı |
| "İnterplast-A" MMC | Qala qəsəbəsi | Cəfərov Əli |
| "Şüvəlan-Şirniyyat" ASC | Şüvəlan qəsəbəsi, A.İldırım k. | Məmmədov Əlihüseyn |
| “Mədrəsə Aqro” | Zirə qəsəbəsi | MustafazadəFamil |
| Pozitron MMC | Buzovna qəsəbəsi | Əliyev Toğrul |
| "Baku AgroPark" MMC | Zirə qəsəbəsi | Qurbanov Vüqar |
| “AzBonvit” MMC | Buzovna, Haşım bəy Sabiq küçəsi | Səfərov Nazim |
| “Zirə məhsul” MMC | Zirə qəsəbəsi | Rzayev Firuz |






