Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidləri

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ

 

Qasımov Ramiz Vaqif oğlu      

(1975-2020)                

                                                                                                                                                         Rütbə   Polkovnik-leytenant        

                       

17 fevral 1975-ci ildə Beyləqan rayonunda anadan olub. 1992-ci ildə tam orta məktəbi, 1999-cu ildə Uçuş Hazırlığı Təlim Mərkəzini, 2008-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib.
   Azərbaycan Respublikası Müdafiə nazirinin 15 oktyabr 1999-cu il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.
   Vertolyot eskadrilyasının axtarış-xilasetmə xidmətinin aviasiya manqasının şturmanı, vertolyot eskadriliyasının manqa təyyarəçisi-operator, vertolyot eskadrilyasının vertolyot manqasının təyyarəçisi, vertolyot eskadrilyasının vertolyot manqasının baş təyyarəçisi, vertolyot eskadrilyasının vertolyot manqasının şturmanı, aviasiya eskadrilyasinın aviasiya manqasının şturmanı, əməliyyat bölməsinin zabiti-bölmə rəisinin baş köməkçisi (hava atış taktiki hazırlığı üzrə), hərbi hissənin əməliyyat bölməsinin rəisi-qərargah rəisinin əməliyyat və döyüş hazırlığı üzrə köməkçisi, aviasiya eskadrilyasının (Mi-8) qərargah rəisi - eskadrilya komandirinin müavini, aviasiya eskadrilyasının (Mi-17-1V) qərargah rəisi - eskadriliya komandirinin müavini, aviasiya bazası komandirinin uçuşların təhlükəsizliyi üzrə müavini-uçuşların təhlükəsizliyi bölməsinin rəisi vəzifələrində xidmət edib.
   Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. 2020-ci il sentyabrın 27-də Tərtər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində vertolyot vurulduğundan paraşüt tullanışı yerinə yetirərkən xəsarət alıb, təcili olaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq 2020-ci il oktyabrın 22-də şəhid olub.
   Sağlığında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)", "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Ordusunun 90 illiyi (1918-2008)", "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Azərbaycan Ordusunun 95 illiyi (1918-2013)", "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalları ilə təltif olunub.
   Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə həmçinin, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona "Vətən Müharibəsi Qəhrəmanı" (ölümündən sonra) adı verilib, "Vətən uğrunda"(ölümündən sonra), "Ağdamın azad olunmasına görə"(ölümündən sonra) medalları ilə təltif olunub.  Ailəlidir  3 övladı var .                                                                                                                                                                                                                                       Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.

  

   Mansurov Elçin Elşən oğlu

              (1984-2020)

                 Rütbə   Mayor

 

                             

25 noyabr 1984-cü ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə tam orta məktəbi, 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, 2008-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.
   Azərbaycan Respublikası Müdafiə nazirinin 22 iyun 2007-ci il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.
   Motoatıcı taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi-kəşfiyyat taqımının komandiri, kəşfiyyat taqımının komandiri, kəşfiyyat bölüyünün komandiri, motoatıcı bölük komandiri, hərbi hissənin qərargah bölüyünün komandiri, hərbi hissənin döyüş hazırlığı bölməsi rəisinin baş köməkçisi vəzifələrində xidmət edib.
   "Mayor" hərbi rütbəsinədək yüksəlib.
   Vətən müharibəsində fəal iştirak edib, döyüş əməliyyatlarnın hazırlanmasında və uğurla başa çatmasında müstəsna xidmətləri olub, xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib.
   Fizuli və Cəbrayıl rayonları uğrunda döyüşlərdə fəal iştirak edib.
   2020-ci il oktyabrın 11-də Füzuli rayonu ərazisində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
   Sağlığında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilarin azad olunmasi zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsi həmçinin, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə ona "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda"(Ölümündən sonra), "Füzulinin azad olunmasına görə"(ölümündən sonra), "Xocavəndin azad olunmasına görə"(ölümündən sonra), "İgidliyə görə"(ölümündən sonra) medalları ilə təltif olunub.  Ailəlidir 3 övladı var.                                                                                                                         Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.  

   

  Əliyev Asiman Vaqif oğlu      

              (1987-2020)               

  Rütbə   Mayor                  

 

 

1 fevral 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Düylün kəndində anadan olub. 2004-cü ildə Heydər Əliyev adına hərbi liseyi, 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunları  fakültəsini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.
   Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə asasən "leytenant" hərbi rütbəsi verilib.
   Motoatıcı taqım komandiri, mexanikləsdirilmiş taqımın komandiri, mexanikləşdirilmiş bölüyün komandiri, mexanikləşdirilmiş taborun qərargah bölüyünün komandiri, hərbi hissənin qərargah bölüyünün komandiri, hərbi hissənin qərargah rəisi-təlim mərkəzi rəisinin müavini, motoatıcı bölüyün komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, Silahli Qüvvələrin Təlim va Tədris Mərkəzinin "Snayper hazırlığı kursu" rəisinin müavini - baş təlimatçı, "Ehtiyat zabit hazırlığı kursu"nun bölük komandiri, xidmət və təminat bölüyünün (daimi yerləşmə məntəqəsinin) komandiri, Cəmşid Naxçıvanski hərbi liseyin tədris kurslarının kurs rəisi vəzifələrində xidmət edib. "Mayor" hərbi rütbəsinədək yüksəlib.
   Vətən müharibəsində mexanikləşdirilmiş taborun (BTR-82A) komandiri kimi xidmətini davam etdirərək döyüşlərdə fəal istirak edib.
   2020-ci il noyabrın 7-də Xocavənd rayonu istiqamatində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
   Sağlığında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)","Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", "Qusursuz xidmətə görə" 2-ci dərəcəli, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda"(ölümündən sonra), "Xocavəndin azad olunmasına görə"(ölümündən sonra) medalı ilə təltif olunub. Ailəlidir 3 övladı var.                                                                       Şəhidimiz II Şəhidlər Xiyabanda dəfn olunub.

     

     İbrahimli Adil Asəm oğlu   

             (1992-2020)

           Rütbə  Baş leytenant

 

 

9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. 2011-ci ildə Cəmşid Naxçıvanski adina hərbi liseyi, 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunları fakültəsini, 2016-cı ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu" nu bitirib.
   Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2015-ci il tarixli əmri ilə "leytenant” hərbi rütbəsi verilib.
   Motoatıcı taqım komandiri, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı komandasının baş kəşfiyyatçısı, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun baş kəşfiyyatçısı, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifələrində xidmət edib.
   Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 26 iyun 2018-ci il tarixli əmri ilə "baş leytenant" hərbi rütbəsi verilib.
   Vətən müharibəsinin ilk günündən xüsusi əməliyyatlarda fəal iştirak edib.  Şəxsi raşadət və şücaət nümunələri göstərib.
   2020-ci il noyabrın 2-də Xocavənd rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı xidməti vəzifələrini yerinə yetirərkən qəhramancasına şəhid olub.
   Sağlığında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi butövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə həmçinin, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayış etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona “Vətən Müharibəsi Qəhrəmanı”(ölümündən sonra) adı verilib.
   Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”(ölümündən sonra), “Şuşanın azad olunmasına görə”(ölümündən sonra), “Kəlbəcərin azad olunmasına görə”(ölümündən sonra), "Xocavəndin azad olunmasına görə"(ölümündən sonra) medalları ilə təltif olunub. Ailəlidir 2 övladı var.                                                                                                                                                                              Şəhidimiz II Şəhidlər Xiyabanda dəfn olunub.

 

Nəhmətov Ceyhun Ehtiqad oğlu   

 (1994-2020)                     

Rütbə   Baş leytenant                   

 

    

8 sentyabr 1994-cü ildə Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində anadan olub. 2001 - 2012-ci illərdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində 123 saylı orta məktəbdə təhsil alıb. 2012-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub. 2016-cı ildə Akademiyanı Leytenant rütbəsi ilə bitirib və həmin ildə Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində iş fəaliyyətinə başlayıb. 2018-ci ildə Qazax Sərhəd Dəstəsinə yollanaraq orada Zastava rəisi vəzifəsində işini davam etdirib. 2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsinə yollanaraq xidmətini davam etdirib.
   2020-ci ildə döyüşlərdən əvvəl Xüsusi Təyinatlı Qruplarında təlim keçərək sentyabr ayının 27-dən Xüsusi Təyinatlı olaraq döyüşlərə başlayıb. Kəlbəcər, Füzuli Cəbrayıl, Laçın karidoru, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak edib. Cəbrayıl döyüşlərində ayağından qəlpə yarası almağına baxmayaraq döyüşə davam edib. Əlində qumbara ilə erməni səngərində 7-8 ermənini birdən partladıb məhv edib. 8 Noyabr 2020-ci ildə Zəngilanın Ağbənd yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
   Şəhid olduqdan sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə Xidmətə Görə" Ordeni ilə "Vətən Uğrunda" Medalı ilə "Zəngilanın alınmasına görə"  medalları ilə təltif olunub.
   Şəhidimiz II Şəhidlər Şəhidlər Xiyabanda dəfn olunub.

                                                     

  Bayramov Ramin Hüseynağa oğlu 

                  (1979-2020)

                 Rütbə   Baş leytenant

 

 

8 oktyabr 1979-cu ildə Cəlilabad rayonunda anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.
   Müdafiə nazirinin müvafiq əmrinə əsasən “leytenant” hərbi rütbəsi verilib.
   25 dekabr 2004-cü ildən 26 iyun 2006-cı ilədək motoatıcı taqım komandiri vəzifəsində xidmət edib. “Baş leytenant” hərbi rütbəsi ilə ehtiyata buraxılıb.
   Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq yenidən hərbi xidmətə çağırılıb və motoatıcı taborun motoatıcı bölüyünün komandiri vəzifəsində döyüşlərdə iştirak edib.
   Cəbrayıl və Qubadlı rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə komandanlığın əmr və göstərişlərini layiqincə yerinə yetirib.
   2020-ci ilin noyabrın 9-da Qubadlı rayonu istiqamətində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
   Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra), “Qubadlının azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub. Ailəlidir 3 övladı var.                                                                                              Şəhidimiz Cəlilabad rayonunun Alar kəndində dəfn olunub.

 

Şükürov Samir Təyyub oğlu      

 (1974-2020)                  

Rütbə  Baş leytenant                   

 

             

7 noyabr 1974-cü ildə Lerik rayonunda anadan olub. 1992-ci ildə tam orta məktəbi, 1994-cü ildə Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbinin nəzdində 3 aylıq zabitlər kursunu bitirib.
   Azərbaycan Respublikası Müdafiə nazirinin 20 sentyabr 1994-cü il tarixli əmri ilə "kiçik leytenant" hərbi rütbəsi verilib.
   20 sentyabr 1994-cü ildən 22 avqust 1999-cu ilədək Azərbaycan Ordusunda motoatıcı taborun motoatıcı taqım komandiri vəzifəsində xidmət edib, "Baş leytenant" hərbi rütbəsinədək yüksəlib.
   Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq qismən səfərbərlik üzrə yenidən hərbi xidmətə çağırılıb və motoatıcı bölük komandiri vəzifəsində döyüşlərdə fəal iştirak edib, igidlik və mərdlik nümunələri göstərib.
   2020-ci il noyabrın 9-da Xocavənd rayon istiqamətində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" (ölümündən sonra), " İgidliyə görə" (ölümündən sonra), "Xocavəndin azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif olunub. Ailəlidir 3 övladı var.                                                                                                                                                 Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

    

  Bəşirov Hakim Nizam oğlu    

           (1989-2020)                

          Rütbə  Leytenant                  

 

 

2 mart 1989-cu ildə İmişli rayonunda anadan olub. 2011-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını, 2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin "Ehtiyat zabit hazırlığı kursu"nu bitirib.
   Müdafiə nazirinin müvafiq əmrinə əsasən "leytenant" hərbi rütbəsi verilib.
   Motoatıcı taborun (SandCat) motoatıcı bölüyünün motoatıcı taqım komandiri, mexanikləşdirilmiş taqım komandiri vəzifələrində xidmət edib.
   27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın işğal altındakı tarixi torpaqlarının azad edilməsi və respublikamızın ərazi bütövlüyünün bərpa olunması məqsədilə başladığı 44 günlük Vətən müharibəsinin ilk günündən döyüşlərdə fəal iştirak edib və xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib.
   2020-ci il oktyabrın 19-da Füzuli rayonu istiqamətində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
   Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapsırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" (ölümündən sonra), "Xocavəndin azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif olunub. Ailəlidir 2 övladı var.               Şəhidimiz İmişli rayonunun Əliyetməzli kəndində dəfn olunub.

                                                                                                                                                                       

Axundov Mirzə Musa oğlu    

(1984-2020)               

Rütbə   Miçman           

 

15 mart 1984-cü ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. 2001-ci ildə tam orta məktəbi bitirib. 10 aprel 2002-ci ildən 8 aprel 2003-cü ilədək Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçərək xüsusi təyinatlı dəstənin baş atıcısı, dalğıc-döyüş üzgüçüsü, mühafizə taqımının manqa komandiri, «Cilov» qrupunun manqa komandiri vəzifələrində xidmət edib.
   2005-ci ildə Silahli Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı kursu”nu bitirdikdən sonra xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı qrupunun dalğıcı-kəşfiyyatçı, hərəkətedən rekompressiya stansiyasının rəisi-dalğıc, dalğıc təlim mərkəzinin hərəkətedən rekompressiya stansiyasının dalğıcı, stansiyanın rəisi-dalğıc, hərbi hissənin dalğıc xidmətinin dalğıcı-təlimatçı vəzifələrində xidmət edib.
   18 fevral 2017-ci ildən başlayaraq xidmətini cəbhə bölgəsində hərbi hissənin motoatıcı taborunda motoatıcı taqım komandirinin müavini, kəşfiyyat bölüyündə kəşfiyyat manqasının komandiri, kəşfiyyat taqımı komandirinin müavini, kəşfiyyat bölüyünün baş çavuşu, motoatıcı böluyün baş çavuşu vəzifələrində davam etdirib.
   Azərbaycan Respublikası Müdafiə nazirinin 18 fevral 2005-ci tarixli əmri ilə "miçman" hərbi rütbəsi verilib.
   2020-ci il oktyabrın 1-də Tərtər va Ağdərə rayonları istiqamətində hərbi əməliyyatlar zamanı şəhid olub.
   Sağlığında "Azərbaycan Respublikasi Silahli Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" medalları ilə təltif olunub.
   Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunun şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Uğrunda” (ölümündən sonra), “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra), “Laçının azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub.  Ailəlidir 3 övladı var.                                                                                            Şəhidimiz Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub. 

                               

    Səlimov Cəmil Oqtay oğlu

               (1991-2020)

           Rütbə  Gizir

 

 

15 yanvar 1991-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə tam orta məktəbi, 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi Tibb məktəbini bitirib.
   Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə "gizir" hərbi rütbəsi verilib.
   Motoatıcı taborun qərargah bölüyünün tibb məntəqəsinin feldşeri, motoatıcı taborun tibb məntəqəsinin feldşeri, hərbi hissənin tibb məntəqəsinin feldşeri vəzifələrində xidmət edib.
   Vətən müharibəsində döyüş əməliyyatları zamanı yaralılara ilk tibbi yardım göstərilməsi və onların təxliyə edilməsində xüsusilə fərqlənib.
   2020-ci il sentyabrın 29-da Goranboy istiqamətində gedən döyüşlərdə hərbi əməliyyatlar nəticəsində şəhidlik zirvəsinə ucalıb.
   Sağlığında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əmaliyyatlarına yüksək peşakarlıqla rəhbərlik etdyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı"(ölümündən sonra) ordeni və "Vətən uğrunda"(ölümündən sonra), “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.                                     Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub. 

 

Mehdiyev Samir Vaqif oğlu    

(1993-2020)                

   Rütbə  Kiçik gizir             

 

 

8 noyabr 1993-cü ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı Peşə Liseyini bitirib. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra, 20 fevral 2017-ci ildən 10 aprel 2017-ci ilədək Azərbaycan Respublikası Silahı Qüvvələrinin Təlim və Tədris Mərkəzində kəşfiyyat ixtisası üzrə kurs kecib.
    Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 26 aprel 2019-cu il tarixli əmri ilə "kiçik gizir" hərbi rütbəsi verilib.
  Tank bölüyünün tank taqımının mexanik-sürücüsü, xüsusi təyinatlı dəstənin atəş dəstək taqımının qumbaraatan manqasının tuşlayıcısı, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət edib.
    Cəbrayıl-Füzuli cəbhəsindən Şuşa şəhərinədək döyüş yolu keçib.
  2020-ci il noyabrın 9-da Şuşa şəhəri ərazisində gedən hərbi əməliyyatlar zamanı xüsusi kəşfiyyat tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
 Sağlığında "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" (ölumündən sonra), "Şuşanın azad olunmasına görə" (ölümündən sonra), "Kəlbəcərin azad olunmasına görə" (ölümündən sonra), “İgidliyə görə”(ölümündən sonra) medalları ilə təltif olunub.                                                                                                                                                                    Şəhidimiz Xəzər rayonunun Zirə qəsəbəsində dəfn olunub. 

                 

  Eyniyev Tərlan Gölişad oğlu

             (1993-2020)

                    Rütbə   Çavuş

 

 

5 yanvar 1993-cü idə Yardımlı rayonunun Zevin kəndində anadan olub.
   2010-cu ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmətə çağırılıb.
   Hərbi xidmətini əsgər kimi başa vurduqdan sonra isə könüllü olaraq Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində çavuş rütbəsində hərbi xidmətə davam edib. Tərlan Eyniyev dəfələrlə uğurlu xidmətlərinə görə yuxarı komandanlıq tərəfindən təşəkkürnamə alıb.
   27 sentyabr tarixində başlanan Vətən muharibəsində iştirak edən çavuş Eyniyev Tərlan oktyabrın 6-da Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Sərəncamı ilə ona  "Vətən uğrunda" (ölümündən sonra), "Cəbrayılın azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif olunub.
   Şəhidimiz Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəfn olunub.

 

Hacıyev Kamran Füzuli oğlu   

(1994-2020)                

 Rütbə   Çavuş                     

 

 

   1994-cü il yanvarın 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Kamran Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
   27 sentyabr tarixində başlanan Vətən muharibəsində iştirak edən çavuş Kamran Hacıyev oktyabrın 22-də Hadrut döyüşlərı zamanı qəhrəmancasına vuruşaraq şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Kamran Hacıyev ölümündən sonra "Vətən uğrunda"medalı ilə təltif edilib.
   Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Kamran Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəfn olunub.

 

Əhmədov Natiq Namiq oğlu

           (1997-2020)

             Rütbə  Çavuş

 

 

   1997-ci il, mart ayının 9-da Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. Üç bacının tək qardaşı kimi böyümək məsuliyyətini artırmaqla yanaşı onu gücləndirmişdi. Bacılarının hər çətinliyinə özünü yetirən, buna lap uşaqlıqdan vərdiş edən Natiq dar günündə vətənini də tək qoya bilmir.
   Sentyabrın 29-da könüllü olaraq Vətən müharibəsinə qoşulur. Gedərkən yalnız bacısına xəbər verir, atasına isə heç nə demir ki, narahat olmasın. Lakin Natiqin atası Namiq təcili yardımda işlədiyindən, əsgər gedənlərin tibbi müayinəsi ona da həvalə olunubmuş. Əsgərlərin arasında oğlunu təsadüfən görür. Namiq həmin günü belə xatırlayır: “Həmin gün xəstəxanada növbətçi idim. Gecə saat 1-də Natiqi yoldaşları ilə birgə döyüşə özüm yola saldım. Oradan zəng edirdi ki, ata, salamatçılıqdır, irəliləyirik. Yaxşı olacaq, sizin intiqamınızı alacağıq, erməniləri qovacağıq torpağımızdan. “Sübhdən mənə zəng elədi ki, ata, hücuma gedirik Hadruta. Orada ola bilər ki, əlaqə saxlaya bilməyək. Ağır döyüşlər gedir, haqqını halal elə. Amma narahat olma, sən mənimlə həmişə fəxr edəcəksən. Füzulidə döyüşürdü. Oktyabrın 11-i sübh tezdən mənə zəng etdi, dedi ki, ata, hücuma gedirik Hadruta. Oradan ola bilər ki, əlaqə saxlaya bilməyim. Ağır döyüşlər gedir, haqqını halal elə. Amma narahat olma, sən mənimlə həmişə fəxr edəcəksən”.
   27 sentyabr tarixində başlanan Vətən muharibəsində iştirak edən çavuş Natiq Əhmədov oktyabrın 11-də Hadrut döyüşləri zamanı qəhrəmancasına vuruşaraq şəhid olub. Uşaq yaşlarında anasını itirən Natiqin şəhadəti anasının öldüyü günə təsadüf edib. O, oktyabrın 13-də, elə anasıyla eyni gündə də dəfn edilib. Məzarı Binə Şəhidlər Xiyabanındadır.
   Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sərəncamı ilə çavuş Natiq Namiq oğlu Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
   Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

 

Süleymanov Azər Haqverdi oğlu  

(1982-2020)               

    Rütbə   MAHHXHQ əsgər         

 

 

1982-ci il oktyabrın 26-da Sumqayıt şəhərində anadan olub.
   2016-cı ildə baş vermiş aprel döyüşlərində iştirak edərək igidlik göstərdiyi üçün orden ilə təltif olunub. O, Tovuz döyüşlərində də öz qorxmazlığı və şücaəti ilə seçilməyi bacarıb.
   Azərbaycan Ordusunun MAHHXHQ əsgəri olan Azər Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Süleymanov oktyabrın 10-da Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" , “Vətən uğrunda”, "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 
   Şəhidimiz Ramana qəsəbəsində dəfn olunub.

   

Abbasov Aslan Vəliyəddin oğlu

             (1995-2020)

           Rütbə  Əsgər

 

 

25 dekabr 1995-ci ildə Xəzər rayonunda anadan olub.
   Aslan Abbasov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət xidmət edib və xidmətini bitirdikdən sonra mülki işlə məşğul olub.
Azərbaycan Ordusunun əsgəri olan Aslan Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində qismən səfərbərlik çağırışına qatılaraq və könüllü olaraq 3 oktyabr tarixindən iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 10 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" , "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

 

Abdullazadə Qasım Əli oğlu    

(1999-2020)                

Rütbə  Əsgər                     

 

 

27 iyul 1999-cu ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub. 2005-ci ildə Mərdəkanda yerləşən H.Z.Tağıyev adına 123 nömrəli orta məktəbə gedib, təhsilini 2016-cı ildə İsmayıllı rayonu 1 saylı tam orta məktəbdə başa vurub.
   2017-ci il iyulun 27-də həqiqi hərbi xidmətə yola düşüb. 2019-cu ildə hərbi xidmətini tamamlayıb.
   Qasım Abdullazadə Vətən müharibəsi zamanı cəbhənin bir çox istiqamətlərində döyüşlərdə iştirak edərək, şücaət göstərib. 21 oktyabr 2020-ci ildə Füzulidə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qasım Abdullazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
   Eyni zamanda Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə də təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Mərdəkan qəsəbəsində dəfn olunub.

 

Yaqubzadə Yaqub  Eldəniz oğlu

               (1999-2020) 

                 Rütbə   Əsgər

 

 

 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. 2005-2016-cı illərdə Xəzər rayonunda 92 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Tbilisi şəhərində Gürcüstan-Avropa Universitetində "Kompüter mühəndisliyi" üzrə ali təhsil alıb. 21 yaşlı Yaqub Eldəniz oğlu Yaqubzadə döyüşlər başlayanda hərbi xidmətdə vətən borcunu yerinə yetirirmiş. Çoxdandır arzuladığı məqam yetişmişdi. 28 ildir ailəsinin Vətən həsrətini sona yetirmək, heç vaxt görmədiyi Laçına, evinə qovuşmaq arzusu ilə döyüşlərə yollanmışdı. Bu gün onun vətəni olan Laçın azaddır. Həmin torpaqlarda şanlı Azərbaycan bayrağı dalğalanır. Yaqub kimi igid, cəsur Vətən oğulları sayəsində.
    O, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb. İyul-sentyabr aylarında Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib, sentyabr ayından isə Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə topçu olaraq xidmət göstərib.
   Yaqub Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. 
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Azərbaycan Respublikasının Prezidenti İlham    Əliyevin  Sərəncamına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
   Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə",  "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.                                                                                                       Şəhidimiz Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub.

       

 Məmmədov Nahid Vahid oğlu     

(1996 - 2020)                      

  Rütbə    əsgər                       

                

 

    1996-cı il iyunun 11-də Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. 2001-2012-ci illərdə Binə qəsəbəsində R.Sadıqov adına 136 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2014-cü illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində təhsil alıb. Nahid Məmmədov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
   Azərbaycan Ordusunun əsgəri olan Nahid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Nahid Məmmədov oktyabrın 14-də Ağdərə istiqamətində şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nahid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nahid Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.                                                                                                                    Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

        

     Qədirov Emin  Asif oğlu

                (1995- 2020) 

                       Rütbə  Əsgər           

 

 

1995-ci il aprelin 25-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində anadan olub. 2002–2013-cü ilə qədər 241 nömrəli məktəbdə orta təhsilini alıb. 2013–2017-ci ilə qədər Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil alıb. Ali təhsilini aldıqdan sonra 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və xidmətini uğurla bitirib.
   2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak edib. 21 oktyabr 2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Emin Qədirov ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Zirə qəsəbəsində dəfn olunub.

                  

   Heybətov Ağaəmi Elçin oğlu   

                (1993-2020)              

               Rütbə  Əsgər                 

 

 

6 iyun 1993-cü ildə Buzovna qəsəbəsində anadan olub. 2000-2011-ci illərdə Buzovna qəsəbəsində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə təhsil alıb. 2002-2007-ci illərdə isə Buzovna qəsəbəsində 4 saylı Uşaq İncəsənət Məktəbində musiqi təhsili alıb. Ali təhsilini 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin  "Turizm və otelçilik" fakültəsində təhsil alıb.
Ağaəmi Heybətov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb.
  Azərbaycan Ordusunun əsgəri olan Ağaəmi Heybətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ağaəmi Heybətov oktyabrın 16-da Goranboy rayonu istiqamətində şəhid olub.
  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəmi Heybətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
    Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.

 

   Nuriyev Hikmət Mübariz oğlu

               (2002-2020)

                   Rütbə  Əsgər

 

 

1 fevral 2002-ci ildə Lerik rayonunda anadan olub.
   2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb.
   2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət Nuriyev sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
     Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

                                     

 Yusifov Ağaəli Vaqif oğlu     

(1997-2020)               

     Rütbə  Əsgər                   

 

 

8 sentyabr 1997-ci ildə Bakı şəhərində anadan olub.
  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağaəli Yusifov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub.
  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ağaəli Yusifov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.
   Şəhidimiz Xəzər rayonunun Mərdəkan qəsəbəsində dəfn olunub.

 

 Məmmədzadə İman Elman oğlu

             (1998-2020)

            Rütbə  Əsgər

 

 

1998-ci il sentyabrın 13-də Lerik rayonun Kəlvəz kəndində anadan olub.
   2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İman Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.
   Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

 

Məmmədzadə Bəhrəm Elman oğlu     

  (2000-2020)                        

  Rütbə  Əsgər                                 

 

 

2000-ci il aprelin 18-də Lerik rayonun Kəlvəz kəndində anadan olub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhrəm Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhrəm Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.
   Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

 

   İsmayılzadə Vüsal Əlbəndə oğlu

                 (2001-2020)

                       Rütbə  Əsgər

 

 

17 oktyabr 2001-ci ildə Bakı şəhəri, Buzovna qəsəbəsində anadan olub. Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 322 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə orta məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrın 23-ü Hərbi Komissarlığa çağırılıb.
   2020-ci il Sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Vüsal İsmayılzadə əsgər yoldaşları ilə birlikdə əvvəlcə Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında böyük şücaət və qəhrəmanlıq göstərib. Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında komandiri və əsgər yoldaşları ağız dolusu danışırlar. Oktyabrın 22-də Füzuli istiqamətində gedən döyüşlərə qatılırlar və əsgər yoldaşları ilə raket atəşinə tutulurlar. Əsgər yoldaşları ilə birgə Vüsalda yaralanır. Yaralıları aparmağa maşın gələndə Vüsal əsgər yoldaşlarının maşına mindirilməsində köməklik göstərir. Ona özünün də minməsini də təklif etsələr də o onun daha çox yardıma ehtiyacı var deyərək öz yerinə digər əsgəri mindirir və növbəti kömək üçün maşının gəlməsini, yaralı dostlarını tək qoymamağı seçir. Yaralı halda çoxlu qan itirdiyindən Vüsal növbəti maşınla hərbi hospitala çatdırılanadək Şəhidlik zirvəsinə ucalır.
   Azərbaycannın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərənacamına əsasən "Vətən uğrunda"(ölümündən sonra), “Cəbrayılın azad olunmasına görə”(ölümündən sonra), “Xocavəndin azad olunmasına görə”(ölümündən sonra), “Füzulinin azad olunmasına görə”(ölümündən sonra) medalları  ilə təltif olunub.
   Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.

 

Tahirov Firdovsi  Balaxan oğlu         

(1997 - 2020)                      

Rütbə  Əsgər                     

 

 

  1997-ci il fevralın 18-də Lerik rayonunun Dico kəndində anadan olub. 2003-2007-ci illərdə Dico kənd tam orta məktəbində, 2008-2015-ci illərdə isə N. Hacıyev adına Tikəband kənd tam orta məktəbində təhsil alıb. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Tarix müəllimliyi" ixtisası üzrə ali təhsil alıb.
  2019-cu ildə Lerik Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı. Əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində, sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib.
  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Firdovsi Tahirov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. 
  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Firdovsi Tahirov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.                                                                                                                           Şəhidimiz Lerik rayonunun Dico kəndində dəfn olunub.

   

  Salamov Vüsal Yəhya oğlu

              (1993-2020)           

                Rütbə   Əsgər

 

 

21 sentyabr 1993-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Ə.Əliyev adına 125 №li tam orta məktəbdə alıb. Musiqi duyumu yüksək olduğu üçün eyni zamanda 4 №li Uşaq İncəsənət musiqi məktəbində skripka sinfində təhsil alıb.
   Həqiqi hərbi xidmətini Murovda manqa komandiri kimi başa vurub.
   27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə oktyabrın 5-də könüllü olaraq qatılıb. Füzuli və Suqovuşan döyüşlərində iştirak edib. 18 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olub.
  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.

 

Vəliyev Müslüm Vəliağa oğlu   

(2001-2020)                 

   Rütbə  Əsgər               

 

 

3 iyul 2001-ci ildə Bakı şəhərinin Şüvəlan qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
   2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 28 sentyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müslüm Vəliyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.
    Şəhidimiz Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub.

      

  Əliməmmədov Elçin Mehman oğlu

              (1997-2020)

                   Rütbə  Əsgər

 

 

18 avqust 1997-ci ildə Bakı şəhəri Zirə qəsəbəsində anadan olub.
   2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
   07 oktyabr 2020-ci ildə Füzuli rayonu Horadiz kəndi istiqamətində düşmən həmləsinin qarşısını alarkən şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əliməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Zirə qəsəbəsində dəfn olunub.

 

Şiriyev Rəşad Rasim oğlu    

              (2001-2020)             

Rütbə   Əsgər             

 

 

5 dekabr 2001-ci ildə Lerik rayonunun Bürsülüm kəndində anadan olub.
   2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Talışın və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 7 oktyabr 2020-ci ildə səhər saatlarında Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşad Şiriyev ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub.

 

   Əliyev Orxan Ədalət oğlu

           (1991-2020)

              Rütbə  Əsgər

 

 

1991-ci il dekabrın 19-da Xəzər rayonunun Şağan qəsəbəsində anadan olub.
   Azərbaycan Ordusunun əsgəri olan Orxan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Əliyev oktyabrın 16-da Ağdərə istiqamətində şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Ailəlidir 2 övladı var.
   Şəhidimiz Xəzər rayonunun Şağan qəsəbəsində dəfn olunub.

 

Əliyev İbrahim Nəcəfqulu oğlu    

(1993-2020)                  

Rütbə  Əsgər                      

    

 

23 oktyabr 1993-cü ildə Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində yerləşən 125 nömrəli orta məktəbdə təhsilə başlayıb. 9 illik təhsilini bitirdikdən sonra bu məktəbdən ayrılıb. Uşaqlıqdan kompüterə, elektrik işlərinə həvəsi olan İbrahim bu sahədə də özünü inkişaf etdirib. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılan İbrahim Ağdamda N saylı hərbi hissədə ön xətdə xidmət keçib.
   Erkən yaşlarında hər iki valideynini itirən İbrahim II Qarabağ müharibəsinə könüllü olaraq sentyabrın 29-dan qoşulub. Silah yoldaşlarıyla birgə Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda döyüşlərdə düşmənlə üz-üzə gəlib. İbrahim Əliyev oktyabrın 24-ü - ad günündən bir gün sonra Zəngilan uğrunda döyüşlərdə şəhadətə ucalıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İbrahim Əliyev ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.

   

Cabbarov Şahgündüz Habil oğlu

                 (1995-2020)

                       Rütbə  Əsgər

 

 

13 yanvar 1995-cü ildə Bərdə rayonunun Mollalı kəndində anadan olub. Əslən Laçın rayonunun Oğuldərə kəndindəndir. Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft və mədən fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdən geri döndükdən sonra Azərbaycan Dövlət Neft Şirkətində qazmaçı kimi işə başlayıb.
   2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Şahgündüz Cabbarov 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şahgündüz Cabbarov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
   Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

 

  Məmmədov Səxavət Adıgözəl oğlu   

    (1991-2020)                      

Rütbə  Əsgər                              

 

 

24 may 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1998-2009-cu illərdə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov adına 237 saylı məktəbdə təhsil alıb.
   1 iyul 2009-cu ildə İmişli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboyda yerləşən tank taborunda atıcı vəzifəsində Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamışdır.
   2014-cü ilin sonlarında öz istəyi ilə ön cəbhəyə Tərtər rayonunda N saylı hərbi hissədə tuşlayıcı vəzifəsində xidmətini davam etdirib.  Aprel döyüşlərində iştirak edərək şücaət göstərib.
2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə dönmüşdür.
   27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 29 sentyabr 2020-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səxavət Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
   Şəhidimiz 19 noyabr 2020-ci ildə Ağdam rayonu Şəhidlər Xiyabanında dəfn olunub.

 

  Bağırov Əli Eltay oğlu

        (1994-2020)                

        Rütbə  Əsgər

 

 

15 dekabr 1994-cü ildə Bakı şəhərində anadan olub.
   Azərbaycan Ordusunun əsgəri olan Əli Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində qismən səfərbərlik çağırışına qatılaraq və könüllü olaraq 29 sentyabr tarixindən iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Bağırov 10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndində döyüş tapşırığını yerinə yetirən zaman şəhid olmuşdur.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Bağırov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.
   Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.

 

Həsənov Səfər Elmar oğlu 

(2001-2020)            

Rütbə  Əsgər               

 

 

18 sentyabr 2001-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub.
   Atasının işi ilə əlaqədar Bakı şəhərinin Buzovna qəsəbəsinə köçməli olublar. Buzovna qəsəbəsində yerləşən 26 nömrəli orta məktəbin rus bölməsində təhsil alıb, 9-cu sinifdən sonra iki il rəssamlıq üzrə təhsilini davam etdirib.  Binə qəsəbəsində yerləşən texniki peşə məktəbində dekorativ rəssamlıq sənətinə yiyələnib.
   2019-cu il oktyabr ayının 1-də hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goranboy, daha sonra isə Tərtər rayonunun yerləşən “N” saylı hərbi keçib. Xidməti dövründə o, xüsusi snayper təlimləri alıb və sərrast nişançı kimi fərqlənib.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səfər Həsənov ölümündən sonra "Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.

 

  Novruzov Şəhnin Şahlar oğlu 

             (1998-2020)

                 Rütbə  Əsgər

 

 

3 fevral 1998-ci ildə Astaranın Səncərədi kəndində anadan olub. 2004-cü ildə E.Ağayev adına məktəbdə təhsil almağa başlayır. 2007-ci ildə təhsilini yarımçıq qoyaraq ailəsi ilə birgə Bakının Zirə qəsəbəsinə köçüb.
   2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Şəhnin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı cəbhənin müxtəlif istiqamətlərində savaşıb.
   20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəhnin Novruzov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
   Şəhidimiz Astara rayonunun Səncərədi kəndində dəfn olunub.

 

Feyzizadə Toğrul İlqar oğlu    

     (2002-2020)                 

Rütbə  Əsgər                        

 

    

2002-ci il aprelin 15-də Səbail rayonunun Bayıl qəsəbəsində İlqar və Günel Feyziyevlərin ailəsində anadan olub. 2008-2019-cu illərdə Səbail rayonunun A. Novruzbəyli adına 46 nömrəli tam orta məktəbində təhsil alıb.
   2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
   Azərbaycan Ordusunun əsgəri olan Toğrul Feyzizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Feyzizadə noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Toğrul Feyzizadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.
   Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

 

Təhməzov Rəşad Qərib oğlu

             (2002-2020)

              Rütbə  Əsgər

 

 

2002-ci ilin yanvarın 12-də Qobustan rayonunda dünyaya gəlib. 2020-ci ilin yanvar ayının 12-də 18 yaşı tamam olan Rəşad elə həmin ayın 24-də həqiqi hərbi xidmətə yola düşüb. Goranboy rayonunda, N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə idi.
   Sentyabrın 29-da Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü" medalları ilə təltif edilib.
   Şəhidimiz Qobustan rayonunun Ərəbşalbaş kəndində dəfn olunub.

 

Abbasov Möhlət Eldəniz oğlu  

(2001-2020)              

Rütbə  Əsgər             

 

 

2001-ci il martın 19-da Daşkəsən rayonunda anadan olub. 2007-ci ildə Gəncə şəhərində yerləşən 21 nömrəli tam orta məktəbin birinci sinfinə başlamış, 2018-ci ildə həmin məktəbin məzunu olmuşdur.
    2019-cu ildə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur.
  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın Daşaltı istiqamətində gedən döyüşlərdə savaşıb. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. 
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Möhlət Abbasov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
   Şəhidimiz Daşkəsən rayonunda dəfn olunub.

   

   Allahverdiyev Allahverdi Əli oğlu

                  (2001-2020)

                        Rütbə  Əsgər

 

 

2001-ci il iyulun 9-da Bakı şəhərində anadan olub.
   2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində baş atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Allahverdi Allahverdiyev 27 sentyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.
   Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.

 

Kərimov Mustafa Mais oğlu    

        (1995-2020)                 

  Rütbə  Əsgər                      

 

      

27 noyabr 1995-ci ildə Şəkidə anadan olub.
   O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-ı Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Mustafa Kərimov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.
   Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.

 

   Orucov Niçat Niyadxan oğlu

              (1999-2020)

             Rütbə  Əsgər

 

 

20 iyul 1999-cu ildə anadan olub.
   Nicat Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
   26 oktyabrda Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nicat Orucov ölümündən sonra "Vətən uğrunda", "Vətən müharibəsi iştirakçısı", “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.

 

Məmmədbəyli Natiq Vahid oğlu   

       (1993-2020)                 

Rütbə  Əsgər                     

 

 

18.07.1993-cü ildə Xəzər rayonu Şağan qəsəbəsində anadan olub. 2011-ci ildə hərbi xidmətə yollanan Natiq Murovdağda xidmət edib. 29 sentyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə qatılıb. Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. 20.10.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Natiq Məmmədbəyli ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.
   Şəhidimiz Xəzər rayonunun Şağan qəsəbəsində dəfn olunub.

 

Kazımov Əmir İlham oğlu

           (1998-2020)        

          Rütbə  Əsgər

 

 

1998-ci il yanvarın 29-u Bakı şəhərini Şağan qəsəbəsində anadan olmuşdur. Orta təhsilini ilk öncə Şağan qəsəbəsində yerləşən 124 nömrəli məktəbdə almış daha sonra isə 230 nömrəli məktəbdə davam etdirmişdir. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılmış Ağdam rayonunun N saylı hərbi hissədə xidmət etmişdir. 2020-ci il sentyabrın 28-i 2-ci Vətən müharibəsinə çağırılmış və 29-u yola düşmüşdür. 10 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kazımov Əmir ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Şağan qəsəbəsində dəfn olunub.

 

Şirvani Həsənağa Bəhruz oğlu    

(2002-2020)                 

Rütbə  Əsgər                       

 

 

23 aprel 2002-ci ildə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. Uşaqlıq illəri doğulduğu Binə qəsəbəsində keçib. 2008-ci ildə Bakı şəhəri, Binə qəsəbəsi şəhid Rəşid Baxışov adına 218№-li tam orta məktəbinin 1-ci sinifinə daxil olub və 2019-cu ildə həmin məktəbin 11-ci sinifini başa vurub.
   Həsənağa təhsilini başa vurduqdan sonra Xəzər rayonu Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Goranboy rayonu, Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissəyə göndərilir. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşlərində şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şirvani Həsənağa ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

 

Quluzadə Qurbanəli Elşad oğlu

              (2001-2020)

            Rütbə  Əsgər

 

 

2001-ci il iyunun 25-də Xəzər rayonunun Binə qəsəbəsində dünyaya göz açıb. Quliyevlər ailəsinin 3 övladının ən böyüyü olan Qurbanəli 2008-ci ildən 2019-cu ilə kimi Binə qəsəbəsindəki 136 və 121 saylı tam orta məktəblərdə təhsil alıb.
   Yunan-Roma güləşi ilə də məşğul olan Qurbanəli orta məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Xidmətdə olduğu 1 il ərzində peşəkar bir döyüşçü kimi formalaşıb. Vətən Müharibəsi başlanandan cəbhənin Füzuli, Hadrut və Xocavənd istiqamətlərində gedən şiddətli döyüşlərdə fəal iştirak edib, bir sıra ərazilərimizin işğaldan azad olunmasında xüsusi şücaət göstərib. Qurbanəli oktyabrın 21-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə yanında minaatan mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Quluzadə Qurbanəli ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

 

Əliyev Murad Hüseyn oğlu  

(2001-2020)            

     Rütbə  Əsgər              

 

       

13 mart 2001-ci ildə Bakı şəhərində anadan olub
   Azərbaycan Ordusunun əsgəri olan Murad Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Müharibənin bir çox hərbi əməliyyatlarında və döyüşlərində vuruşmuşdur. Murad Əliyev Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərin gedişatında 7 noyabr 2020-ci ildə şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Əliyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

   

   Hüseynov Sənan Vidadi oğlu   

                (1996-2020) 

                 Rütbə  Əsgər

 

 

1996-cı il aprel ayının 1-də Füzuli rayonu Qacar kəndində dünyaya göz açıb. Azərbaycan Ordusunun çavuşu olan Sənan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.Sənan Hüseynov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
   Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

 

Yusifzadə Ramil Adəm oğlu    

(1998-2020)               

Rütbə  Əsgər                   

 

 

1998-ci ilin 22 may tarixində Bakı şəhərində anadan olub. 2015-ci ildə Bakının Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəmov adına 3 saylı gimnaziyanı bitirmiş həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol müəllimliyi fakültəsinə daxil olub.
   2019-cu ildə akademiyadan məzun olan Ramil həmin il Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olaraq müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.
   Azərbaycan Ordusunun əsgəri olan Ramil Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yusifzadə 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş sahəsinə daxil olub qarşı tərəfin müdafiəsini yarmış, lakin, yaralanmışdır. Sonra ilkin tibbi yardımdan imtina edərək döyüşə davam etmişdir. İkinci dəfə ayağından yara aldıqdan sonra ona ilkin tibbi yardım edilmişdir. Lakin, sonda qarşı tərəfin atdığı artilleriya mərmisinin dəyməsi nəticəsində Ramil Yusifzadə həmin gün şəhid olmuşdur. Nəşindən qalan bir ayaq ailəsinə təhvil verilmiş və torpağa tapşırılmışdır.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramil Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.
   Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

 

  Əhmədli Qardaşxan Elxan oğlu    

              (1996-2020)    

            Rütbə  Əsgər

 

 

12 mart 1996-cı ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olub. 2 bacı ,1 qardaş olmaqla ailədə 5 nəfər olublar. 6 yaşına kimi Osaküçə kəndində yaşayıb və daha sonra ata-anası ilə birgə Bakı şəhərinə köçüblər.
   15 sentyabr 2004-cü il ildə Bakı şəhəri şəhid Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2013-cü il may ayının 30-da həmin məktəbin 11-ci sinfini başa vurub. Təhsilini başa vurduqdan sonra bir müddət satıcı işləməyə başlayıb. Atası Elxan kişi Rusiyada olduğundan, Qardaşxan həm bacılarına, həm də anasına baxırdı.
   Qardaşxan Əhmədli 3 yanvar ,2015-ci ildə Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Gəncədə yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Qısa bir müddət orada xidmət edən Qardaşxan daha sonra Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə xidmətini davam etdirməyə göndərilib. 2016-cı ilin "Aprel döyüşlərinin" iştirakçısı olub və sözün əsl mənasında göstərdiyi şücaət və qəhrəmanlıqlarla adını tarixə yazıb. Həmin ilin iyul ayında xidmətini başa vurduqdan sonra ehtiyata buraxılıb. Ata-anasına kömək etmək məqsədilə fəhlə işləməyə başlayıb. 2019-cu ilin noyabr ayında ailə həyatı qurub.
   2020-ci ilin sentyabr ayında II Qarabağ müharibəsi başladığı zaman Qardaşxan həmin ayın 21-də Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən çağırılıb və döyüşə yola salınıb. Döyüşə getdiyi zaman atasına "Ata, özünüzə yaxşı baxın, yoldaşım sizə əmanət" -deyib. Qardaşxanın döyüş yolu Füzulidən başlayıb. Daha sonra Ağdam, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənə sarsıdıcı zərbələr endirib, xeyli sayda canlı qüvvəsini məhv edib və yaralı əsgərlərimizi döyüş meydanından çıxarıb. Qəhrəman Qardaşxan noyabr ayının 7-dən 8-nə keçən gecə Xocavənddə yerləşən Nərgiz təpə istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşüb. Bir müddət Qardaşxandan xəbər çıxmayıb. Nəhayət, dekabr ayının 19-da Qardaşxanın şəhid olduğu bilinib və nəşi Bakı şəhərinə gətirilib.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əhmədli Qardaşxan ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib. Ailəlidir 1 övladı var.
   Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

ŞƏHİDLİK ƏBƏDİYYƏT ZİRVƏSİDİR!

 

Keçidlər