Şriftin ölçüsü :

Saytın rəngi :

Elanlar

 

"Covid-19" peyvəndi üçün randevu götürülməsi təlimatı

        08 fevral 2020-ci il tarixindən Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhalinin vaksinləşmə prosesinə başlanılacaqdır. Covid peyvəndinin aparılması üçün randevu götürülməsi məqsədi ilə ilk öncəhər hansı bir internet brauzerindən yeni səhifə açıb http://randevu.its.gov.az adresinə daxil olunur. "Covid-19" peyvəndi üçün randevu götürülməsi təlimatı ilə tanış olmaq üçün aşağıdakıdakı linkdən istifadə etməyiniz tövsiyə olunur.

         ►Təlimatı buradan yükləyin

      VƏTƏNDAŞLARIN DİQQƏTİNƏ

  Xəzər rayonu üzrə fəaliyyət göstərən çimərliklər barədə
“Çimərlik.az” portalı üzərindən məlumat əldə etmək üçün
     aşağıda qeyd olunan LİNKDƏN istifadə edə bilərsiniz.
          https://cimerlik.az/providers?name=&areaId=19

********************************************************************************************************************

                                                 

                                                            

E L A N 

Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Xəzər Rayon İcra Hakimiyyəti “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Xəzər Rayon İcra Hakimiyyətində könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir.
Xəzər Rayon İcra Hakimiyyətində 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Agentlik və Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi  sertifikatlar və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
Namizədlər üçün tələblər:
• İntizamlılıq;
• Xoşrəftarlılıq;
• Ünsiyyətçillik;
• Operativlik;
• Kollektivdə işləmək bacarığı;
• Təşkilatçılıq;
• Təşəbbüskarlıq;
• Kompüter bacarığı;
Könüllülük əsasında cəlb edilənlərin görəcəyi işlər:
• Xəzər Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətin həyata keçirilməsi;
• Vətəndaşların qarşılanması və əlaqədar şəxslərə yönləndirilməsi,
• Müraciətlərə əsasən ərizə formalarının doldurulmasına köməkliyin göstərilməsi
• Əlillərin və yaşlı insanların RİH-də daha asan xidmət almasına dəstək, xidmət müddətində onlara qayğının göstərilməsi;
• Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi.

Xəzər Rayon İcra Hakimiyyətində könüllü olmaq istəyən
gənclər CV-ni (mail@xazar-ih.gov.az) e-mail ünvanına göndərə bilərlər.

Keçidlər