Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati xətalar haqqında işlərə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər

 

Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının

 

    S Ə R Ə N C A M I

 

№ 172                                                                    17.07.2017-ci il

 

 

                          “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar

                            haqqında işlər üzrə Xəzər Rayon İcra Hakimiyyəti

                           adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli

                            şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə”  2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanının    4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.15.6-cı, 6.8-ci və 6.9-cu bəndlərinə əsaslanaraq

 

qərara alıram:

 

1. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Xəzər Rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamla təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Xəzər Rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Xəzər Rayon İcra Hakimiyyətinin internet səhifəsində yerləşdirilməsi Aparatın İnformasiya təminatı və təhlili sektoruna tapşırılsın.

 

                                                                               Gülağa İslamov

 

 

 

 

 

Bakı şəhəri Xəzər Rayon

İcra Hakimiyyəti başçısının

17.07.2017-ci il

tarixli 172 nömrəli Sərəncamı

ilə təsdiq edilmişdir

 

 

 

 

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında

                  işlər üzrə Xəzər Rayon İcra Hakimiyyəti adından protokol tərtib

etmək səlahiyyəti olan vəzifəli şəxslərin

 

S İ Y A H I S I

 

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Xəzər Rayon İcra Hakimiyyəti adından aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:

1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 190-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.

2. Məcəllənin 251.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.

3. Məcəllənin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərən Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.

4. Məcəllənin 413-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.

5. Məcəllənin 451-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.

6. Məcəllənin 516.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.

7. Məcəllənin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına münasibətdə təqdimatı vermiş:

7.1. Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, Hüquq şöbəsinin müdiri;

7.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara münasibətdə Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri.

8. Məcəllənin 530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

8.1. inzibati xətalar haqqında işlər üzrə icraat Rayon İcra Hakimiyyətində aparılarkən Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, Hüquq şöbəsinin müdiri;

8.2. inzibati xətalar haqqında işlər üzrə icraat yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən aparılarkən Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər