Şriftin ölçüsü :

Saytın rəngi :

İH Başçısının müavinləri

   Qurbanov Elşən Elşad oğlu 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı  ildə  Bakı şəhəri 23 saylı orta məktəbi bitirmişdir. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad  Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2002-ci ildə Azərbaycan    Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini,  2005-ci ildə həmin universitetinin aspiranturasını bitirmişdir. Azərbaycan Respublikasının  Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən 2017-ci ildə iqtisad üzrə fəlsəfə  doktoru elmi dərəcəsini almışdır.
   2001-2005-ci illərdə Nəsimi rayon ƏSMM-də mühasib kimi əmək fəaliyyətinə başlamışdır. 2005-2011-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov rayon şöbəsinin Maliyyə-uçot sektorunun müdiri-baş mühasib, 2011-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin Maliyyə-uçot sektorunun müdiri-baş mühasib, 2013-2015-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin müdiri, 2015-2019-cu illərdə Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
     Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 11 aprel 2019-cu il tarixli 19 nömrəli Əmri ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 23.06.2021-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
       Ailəlidir, üç övladı var.

 

 

 Mirzəliyev Əfsar Xasay oğlu 1963-cü ildə Şamaxı rayonu Cəmcəmli kəndində  anadan olmuşdur. 1980-ci ildə Bakı şəhəri 8 saylı musiqi təmayüllü məktəbi bitirmişdir. 1985-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun İnşaat mühəndisi fakultəsini, 2006-cı ildə Milli Aviasiya Akademiyasının Beynəlxalq iqtisadi münasibətlər fakultəsini bitirmişdir.
  Əmək fəaliyyətinə 1985-ci ildə "Yoltexnika" təcrübə sınaq zavodunda mühəndis kimi başlamışdır, 1989-2001-ci illərdə "Yoltexnika" təcrübə sınaq zavodunda şöbə rəisi, 2001-2002-ci illərdə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişaf şöbəsində iqtisadçı, 2002-2008-ci illərdə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişaf şöbəsində böyük iqtisadçı, 2008-2012-ci illərdə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai təşkilatlar və Siyasi Partiyalarla iş şöbəsinin müdiri, 2012-2015-ci illərdə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, 2015-2020-ci illərdə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.          
    Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 25 avqust 2020-ci il tarixli 60 nömrəli Əmri ilə Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 21.06.2017-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
     Ailəlidir, bir övladı var.

 

   Əhmədova Lalə Kərim qızı 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.1990-cı    ildə Bakı şəhəri 102 saylı orta məktəbi bitirmişdir. 1997-ci ildə Azərbaycan Dövlət    İqtisad İnstitutunu bitirmişdir, 2008-2009-cu illərdə Cənubi Koreya Seul Milli            Universitetində Beynəlxalq inkişaf siyasəti üzrə magistr pilləsində təhsil almışdır.
  1990-1994-cü illərdə Nərimanov rayon Əmanət Bankında inspektor kimi əmək  fəaliyyətinə başlamışdır.1998-ci ildə Azərbaycan Respublikası Dövlət Statistika      Komitəsi nəzdində Statinform ETLT mərkəzi Elmi-metodoloji şöbəsində texnik, 1998-  1999-cı illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Milli hesablar və  makroiqtisadi göstəricilər şöbəsində iqtisadçı, 1999-2001-ci illərdə Azərbaycan    Respublikası Dövlət Statistika Komitəsi Makroiqtisadi göstəricilər idarədə aparıcı  iqtisadçı, 2001-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyi İqtisadi siyasət və proqnozlaşdırma departamenti Makroiqtisadi təhlil və proqnozlaşdırma şöbəsində mütəxəssis, 2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyi Makroiqtisadi təhlil və proqnozlaşdırma şöbəsində aparıcı mütəxəssis, 2007-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyi İqtisadi inkişaf siyasəti və proqnozlaşdırma şöbəsində Makroiqtisadi proqnozlaşdırma sektorunun böyük məsləhətçi, 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyi Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsində Makroiqtisadi proqnozlaşdırma sektorunun böyük məsləhətçi, 2008-2014-cü illərdə İqtisadi İnkişaf Nazirliyi Xarici ticarət siyasəti və ümumdünya ticarət təşkilatı şöbəsində Xarici ticarət fəaliyyətinin təhlili sektorunun baş məsləhətçisi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
       Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 07 yanvar 2014-cü il tarixli 01 nömrəli Əmri ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir.Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 22.06.2023-cü il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
       Subaydır.

 

Keçidlər