Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı

 

Elşən Rövşən oğlu Salahov

1977-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 237 saylı orta məktəbi bitirib.

2000-ci ildə Xəzər Universitetini Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə ixtisası üzrə magistratura pilləsini bitirib.

2017-ci ildə Azərbaycan Respulikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci təhsil alıb.

Əmək fəaliyətinə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində çalışmaqla başlayıb.

1999-cu ildə Qiymətli kağızların tədavülünün tənzimlənməsi departamentinin Qiymətli kağızlar bazarının broker və diler fəaliyyətinin tənzimlənməsi şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunub.

2003-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatına buraxıldıqdan sonra, Qiymətli kağızların buraxılışı və qeydiyyatı departamentinin Lotereya fəaliyyətinin lisenziyalaşdırılması və nəzarət şöbəsində baş mütəxəssis vəzifəsində əmək fəaliyyətini davam etdirib.

2006-cı ildə dövlət qulluğunda irəli çəkilərək, Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinin Lotereya fəaliyyətinin tənzimlənməsi sektorunda müdir vəzifəsinə təyin olunub. 2009-cu illədək həmin vəzifədə çalışıb.

2009-cu ildə “Bank Standart” Kommersiya Bankının Mərdəkan filialının direktoru vəzifəsinə təyin olunub. 2014-cü illədək həmin vəzifədə çalışıb.

2014-cü ildə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 2018-ci ilədək həmin vəzifədə çalışıb.

2018-ci ildə dövlət qulluğunda irəli çəkilərək, Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifələrinə təyin edilib. 2019-cu ilədək həmin vəzifədə çalışıb.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 fevral 2019-cu il tarixli Sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Rus və ingilis dillərində sərbəst danışır.

Ailəlidir, 2 övladı var.

Keçidlər