Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllü fəaliyyətinə sən də qoşul!

Xəzər Rayon İcra Hakimiyyəti “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Xəzər Rayon İcra Hakimiyyətində könüllü əsaslarla işləmək arzusunda olan 16-29 yaşarası gənc oğlan və qızları əməkdaşlığa dəvət edir.
Xəzər Rayon İcra Hakimiyyətində 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi  sertifikatlar və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

  Namizədlər üçün tələblər:
• İntizamlılıq;
• Xoşrəftarlılıq;
• Ünsiyyətçillik;
• Operativlik;
• Kollektivdə işləmək bacarığı;
• Təşkilatçılıq;
• Təşəbbüskarlıq;
• Kompüter bacarığı;
Könüllülük əsasında cəlb edilənlərin görəcəyi işlər:
• Xəzər Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətin həyata keçirilməsi;
• Vətəndaşların qarşılanması və əlaqədar şəxslərə yönləndirilməsi,
• Müraciətlərə əsasən ərizə formalarının doldurulmasına köməkliyin göstərilməsi
• Əlillərin və yaşlı insanların RİH-də daha asan xidmət almasına dəstək, xidmət müddətində onlara qayğının göstərilməsi;
• Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi.

Xəzər Rayon İcra Hakimiyyətində könüllü olmaq istəyən gənclər CV-ni (mail@xazar-ih.gov.az) e-mail ünvanına göndərə bilərlər, eyni zamanda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsi 4 ünvanında yerləşən Xəzər Rayon İcra Hakimiyyətinın inzibati binasına gələrək sənədlərini təqdim edə bilərlər. Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqlar.


Müraciət forması -(CV) buradan  yüklə ►

Keçidlər