Şriftin ölçüsü :

Saytın rəngi :

`

Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının

S Ə R Ə N C A M I

 

         №_____                                                                                          «____»_________2022-ci il


Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuraya
seçkilərin təşkil edilməsi məqsədilə komissiyanın yaradılması
haqqında

 

“İctimai İştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin icrası ilə əlaqədar hazırlanmış “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 171 saylı 30 may 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamənin 2.3-cü və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndlərini rəhbər tutaraq
   Qərara  alıram:
1. Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuraya keçiriləcək seçkinin təşkil edilməsi məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılsın.
2. Seçki komissiyasının tərkibi rayon icra hakimiyyəti və yerli özünüidarəetmə    orqanlarının əməkdaşlarından ibarət 4 üzv, vətəndaş cəmiyyəti institutu     nümayəndələrindən 5 üzv olmaqla aşağıdakı kimi təsdiq edilsin:

      Komissiyanın sədri

                                   - Elşən Qurbanov        Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini

        Komissiyanın üzvləri

                                  - Babək Mehtiyev         Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi
                                                                      idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş
                                                                      şöbəsinin müdiri


                                    - Gülbala Qurbanov   Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-
                                                                       siyasi və humanitar məsələlər şöbəsinin müdiri


                                       - Habil Həmidov         Binə bələdiyyəsinin sədri

                                - Həzərxan Əbilov      Azərbaycan Təhsil İdarələri Azad Həmkarlar İttifaqının 
                                                                       Xəzər rayon Komitəsinin sədri

                                - Rövşən Salahov      Xəzər rayon Ağsaqqallar Şurasının sədri

                                - Əmir Hüseynov       Dİ və İXİ Hİ-nın Xəzər rayon Komitəsinin sədri

                                - Bəhruz Eyvazov     Qızıl Aypara Cəmiyyətinin Xəzər rayon bölməsinin sədri

                                - Lalə Cəfərova         Xəzər rayonunda Qadınların Sosial İnkişafına Dəstək
                                                                   İctimai Birliyinin sədri


3. Xəzər Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın tərkibi 9 nəfər müəyyən edilsin.                                                                                                     
4. Komissiyaya tapşırılsın ki, Rayon İcra Hakimiyyəti başçısının yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatını “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.9-cu maddəsinə uyğun olaraq 20 gün müddətinə başa çatdırsın və seçkilərin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun həyata keçirilməsini təmin etsin.
4.1 Seçki komissiyası Rayon İcra Hakimiyyətinin rəsmi saytında və “Facebook” səhifəsində İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi,  qeydiyyatının başlanılması və başa çatdırılması vaxtını elan etsin.
5. Sərəncamın sürətinin aidiyyəti üzrə çatdırılması RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən təmin edilsin.
6. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Keçidlər