Şriftin ölçüsü :

Saytın rəngi :

`

Məmmədov Soltan Teymur oğlu 1974-cü il aprel ayının 1-də Bakı şəhərində anadan olub. 1991-ci ildə Sabunçu rayonu 8 nömrəli orta məktəbi bitirib. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsalat Proseslərinin Avtomatlaşdırılması” fakültəsində təhsil alıb. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasını bitirib. 2005-ci ildə Xəzər Universitetində “İctimai səhiyyənin idarəedilməsi” ixtisası üzrə magistr dərəcəsi, 2008-ci ildə texniki elmlər üzrə fəsəfə doktoru elmi dərəcəsi alıb. 1996-1997-ciillərdə Azərbaycan Dövlət Neft Şirkətinin Balaxanı Neft idarəsində operator-nəzarətçi, 1998-2001-ci illərdə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 2003-2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında inzibati köməkçi, 2005-2015-ciillərdə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycandakı nümayəndəliyinin İcraçı Direktoru olub. 2015-ci ildən Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentində çalışır. Hazırda Beynəlxalq Təşkilatlarla Əlaqələr Departamentinin rəisidir.2010-cu ildən ictimai əsaslarla Azərbaycanda səhiyyə sahəsində beynəlxalq layihələr üzrə Ölkə Əlaqələndirmə Komissiyasının sədr müavini, 2014-cü ildən İsveçrədə yerləşən beynəlxalq təşkilat olan QİÇS, Vərəm və Malyariya xəstəlikləri ilə mübarizə üzrə Qlobal Fondda Azərbaycanın nümayəndəsidir.

Azərbaycan Prezidentinin 2019-cu il 06 may tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəlidir, üç övladı var.

Keçidlər