Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq-quruculuq işləri çərçivəsində rayonun Türkan qəsəbəsində genişmiqyaslı işlər həyata keçirilir

08 sentyabr 2020 | 16:00

Xəzər rayonunda geniş miqyas almış abadlıq və quruculuq işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması işləri uğurla həyata keçirilir.

    

Nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunun Türkan üzümçülük sovxozunda uzunluğu 1700 metr olan avtomobil yolunun asfaltlanması işləri həyata keçirilir.

 

Artıq bu günədək  yolun 1000 metrlik hissəsində asfaltlanma işləri başa çatdırılmışdır.
Eyni zamanda, Türkan qəsəbəsi, Xanlar küçəsində uzunluğu 4000 metr olan avtomobil yolunda yol əsasının tikintisi işləri davam etdirilir.Görülən işlərin sonunda yolun asfaltlanması işləri həyata keçiriləcək.

  

Sakinlərin müraciətləri nəzərə alınaraq rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə mərhələli şəkildə bu işlər davam etdirilir.

  

Keçidlər