Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti "Təmizlik ayı"na start verilib

02 sentyabr 2020 | 16:00

1 sentyabr 2020-ci il tarixindən etibarən Xəzər rayonunda növbəti "Təmizlik ayı"na start verilib.
 Xəzər RİH tərəfindən başlanan “Təmizlik ayı” uğurla həyata keçirilməkdədir.

  

  

  Görülən işlər çərçivəsində Qala qəsəbəsinin “Bolluq”, Binə qəsəbəsinin “Atçılıq”, Buzovna qəsəbəsinin “Təmənis” yaşayış massivində, Mərdəkan qəsəbəsinin “Mərdəkan-Qala” avtomobil yolunun kənarlarında, dəniz sahillərində və rayonun bütün qəsəbələrində təmizlik aksiyaları keçirilmiş, ərazilər müxtəlif növ tullantılardan, qabaritlərdən təmizlənmiş, zibil konteynerləri yuyulmuş və dezinfeksiya olunmuşdur. Həmçinin, qəsəbələrdə zibil konteynerləri üçün yerlər tikilməkdədir.

  

  

  Bundan əlavə ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə rayon ərazisində mövcud yaşıllıqlara xüsusi diqqət göstərilərək ağac və gül kollarının suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi və ətraf ərazidə təmizlik işləri aparılır.

  

  

Keçirilən təmizlik aksiyasında Mənzil-Kommunal Təsərrüfatı Birliyi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri və Xəzər rayon könüllüləri bilavasitə iştirak edirlər.

  

  

Artıq ənənə halını almış aksiyanın keçirilməsində əsas məqsəd ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən, ətraf ərazidə təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olmuşdur.

  

 

  Xüsusilə Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə rayon ərazisinin sanitariya qaydalarına və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müntəzəm daşınması RİH tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır.

  

  

  

 

 

 

Keçidlər