Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunda abadlıq və quruculuq işləri davam etdirilir

29 avqust 2020 | 02:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunda abadlıq və quruculuq işləri geniş vüsət alıb.
Rayonda mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir, irimiqyaslı infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Həmçinin, rayon ərazisində insanların arzu və istəkləri nəzərə alınaraq müasir tələblərə cavab verən yeni parklar, yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır.

  

  

Respublikamızın hər yerində olduğu kimi Xəzər rayonunda da bu istiqamətdə işlər uğurla davam etməkdədir.
Belə ki,  Xəzər rayonunun Mərdəkan qəsəbəsində aparılan abadlıq quruculuq işləri çərçivəsində hazırda qəsəbənin mərkəzi küçəsi olan Sergey Yesenin küçəsi memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
    Sözügedən küçədə yol boyu vətəndaşlara məxsus fərdi evlərin divarları, hasarları, darvazaları, ticarət və xidmət obyektlərinin fasadlarının təmirinə başlanılıb. Hazırda sözügedən küçədə işlər sürətlə davam edir.
Aparılan abadlıq işləri çərçivəsində sutkanın qaranlıq saatlarında küçələri işıqlandırmaqla təhlükəsiz hərəkətin təşkili üçün qəsəbənin “28 May”, “Qılman İlkin” və "Zeynalabdin Tağıyev" küçələrinin işıqlandırılması işlərinə başlanılıb. Hazırda qeyd olunan küçələrdə elektrik xətlərinin çəkilişi işlər aparılır.

  

  

Bundan əlavə ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə qəsəbə ərazisində mövcud yaşıllıqlara xüsusi diqqət göstərilərək ağac və gül kollarının suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi və ətraf ərazidə təmizlik işləri aparılır.  
Rayonun Binə qəsəbəsinin Qəzənfər Musabəyov, M.Ə.Sabir və Dəmiryol küçələrində də bu istiqamətdə işlər davam etdirilir.
  Belə ki, qəsəbənin Q.Musabəyov küçəsində olan fərdi evlərin, hasarların və darvazaların rənglənməsi işləri aparılır, eyni zamanda küçələrə 400 m asfalt örtüyü  salınmışdır. Bundan əlavə qəsəbənin Dəmiryol və M.Ə.Sabir küçələrində isə küçə işıqlarının çəkilişləri aparılır.

  

  

  Eyni zamanda qəsəbənin Xəqani küçəsində də təmir işləri sürtlə davam edir. Belə ki, küçədə 3 yerdə yağış sularının yığılması üçün anbar qazılmış və drenaj sistemi qurulmuşdur. Uzunluğu 1.2 km olan küçədə hazırda asfaltlama işlərinə hazırlıq gedir.
  Bütün bunlarla yanaşı qəsəbənin 2146-cı məhəllə üvanında yerləşən 2 ədəd beşmərtəbəli binada təmir işləri həyata keçirilir. 21 və 23 saylı binalarda blokların təmiri, binanın fasadının və dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulmuşdur.
  “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən cari ilin yanvar ayından etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunun Zirə qəsəbəsi, Kanala paralel olan olan yeni yaşayış sahəsində,dəmir yolunun yanında, Hərbi şəhərciyin arxasından Zirə qəsəbəsinə gedən yolda və Nadir Hüseynov küçəsində  cəmi uzunluğu 8600 metr olan müasir standartlara cavab verən  avtomobil yolunun əsaslı təmiri və yenidənqurulması işləri başa çatdırılmışdır. Hal-hazırda  əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq, Zirə qəsəbəsi Südçülük tərəvəzçilik sovxozu ərazisində də uzunluğu 3000 metr olan avtomobil yolunun yenidənqurulması işləri aparılır. Artıq bu günədək  yolun 1000 metrə yaxın olan hissəsində asfaltlanması işləri başa çatdırılıb.

 

  

  

 Əlavə olaraq, hal-hazırda Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində yenidənqurulması nəzərdə tutulan 1700 metr uzunluğunda olan yolda yol əsasının tikintisi işləri aparılır.
  Görülən işlərin davamı olaraq, Şağan qəsəbəsində də abadlıq-quruculuq işləri aparılır.
   Belə ki, rayonunun Şağan qəsəbəsinin  abadlaşdırılması, yolların asfaltlanması və küçələrin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində yenidənqurma işləri aparılır. Qəsəbənin Məktəbli, N.Məmmədov, H.Xanızadə və Ş.İ.Xətai küçələrində ümumi görünüşünə xələl gətirən kommunikasiya xətləri nizamlanır, müvafiq yerlərdə yerüstü xətlər yerin altına salınır, işıq dirəkləri yeniləri ilə əvəz olunur, ətrafdakı hasarların, fərdi evlərin fasadlarında rənglənmə işləri görülür və sözügedən küçələrdə yeni asfaltlanma işləri görülmüşdür.

  

  

  

Xəzər  Rayon İcra Hakimiyyəti və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Şüvəlan çimərliyində irimiqyaslı təmizlik aksiyası keçirilib.
Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Sözügedən aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları və könüllü gəncləri, Xəzər Rayon Gənclər və İdman İdarəsinin kollektivi iştirak edib.
   Xəzər rayon sakinləri rayonda gedən "tikinti-quruculuq və genişmiqiyaslı abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirirlər.

  

  

  

  

 

 

 

Keçidlər