Xəzər rayonunun Zirə qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir
Korovavirus (COVİD 19) pandemiyası ilə əlaqədar ölkəmizdə mövcud çətinliklərə baxmayaraq, cənab Prezident İlham Əliyevin yorulmadan həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizdə irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işlərinə xüsusi yer ayrılır.
Ölkə başçısının tapşırığı ilə Respublikamızda, o cümlədən Bakı və Bakıətrafı qəsəbələrin ayrı-ayrı yaşayış massivlərində abadlıq və quruculuq işlərinin davamlı olaraq həyata keçirilməsi nəticəsində qəsəbədaxili yollar genişləndirilir, yeni yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır.
Respublikamızın hər yerində olduğu kimi Xəzər rayonunda da bu istiqamətdə işlər uğurla davam etməkdədir.
Belə ki, Xəzər rayonunda sakinlər üçün rahat gediş-gəlişin təmin olunması istiqamətində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayonun Zirə qəsəbəsi, Yeni Yaşayış sahəsi adlanan ərazidə (kanala paralel), digər qəsəbədaxili küçələrdə və Tərəvəzçilik südçülük sovxozu ərazisində olmaqla layihə üzrə asfaltlanma işlərinə başlanılıb.Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Yerli sakinlər qəsəbədə gedən "tikinti-quruculuq və genişmiqiyaslı abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirirlər.