Xəzər rayonunun Mərdəkan qəsəbəsində ümumi üzunluğu 1190 metr olan küçə və yollar asfaltlanıb
18 mart 2020 | 16:00
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayonun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələrində qəsəbədaxili küçələrin asfaltlanması işləri uğurla davam edir.
Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayonun Mərdəkan qəsəbəsinin Baba Əliyev, S.Yesenin və Muxtar Hüseynov küçələrində yol infrastrukturunun yenidən qurulması məqsədilə ümumi uzunluğu 1190 metr olan küçələrə asfalt örtüyü salınmışdır.