Xəzər rayonunda 1941-1945 Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə salınan park müasir üslubda yenidən qurulur
Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 1941-1945 Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə salınmış istirahət parkında təmir və yenidənqurma işlərinə başlanıb.
Ümumi ərazisi 4800 kv metr olan xatirə parkında görülən işlər çərçivəsində park tamamilə yenidən qurulur. Hazırda 1941-1945 Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış mövcud abidə kompleksi əsaslı şəkildə yenidən təmir olunur, mövcud bardürlər və səkilərdəki döşəməlik daşlar sökülərək, yenisi ilə əvəzlənir, parkın gecə işıqlandırılması sistemi yenidən qurulur, mövcud hasar və divarlarda 140 kv.m ağlay işləri görülür, yeni suvarma sistemləri quraşdırılır və söhbətgahlar inşaa olunur.
Bundan əlavə, parkdakı mövcud ağaclarda budama işləri yekunlaşmış, əraziyə 670 m3 münbit torpaq tökülmüş və yeni ağac və gül kollarının əkilməsinə başlanılmışdır.
May ayında istifadəyə verilməsi nəzərdə tutulan parkda sakinlərin mədəni istirahəti üçün hər cür şərait yaradılacaqdır.
Hazırda işlər sürətlə davam etdirilməkdədir.