Xəzər rayonunun Binə qəsəbəsində daha bir məhəllənin abadlaşdırılması işləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkənin hər yerində olduğu kimi, Xəzər rayonunda da təmiz və abad həyətlərin yaradılması, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin təmin olunması istiqamətində görülən işlər davam etdirilir.
Belə ki, sakinlərimizin istək və arzularına uyğun olaraq, onlar üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Binə qəsəbəsinin İlqar Əhmədov küçəsində çoxmərtbəli yaşayış binalarının qarşısında "Abad Məhəllə" layihəsi çərçivəsində növbəti bir məhəllənin abadlaşdırılması işləri davam etdirilir.
Yeni salınan abad məhəllədə uşaqların, eləcə də böyüklərin idmanla məşğul olması üçün uşaq əyləncə və idman qurğuları, mini-futbol meydançası, sakinlərin istirahəti üçün söhbətgahlar quraşdırılıb. Həmçinin, mövcud ağaclarda budama işləri aparılaraq, yeni yaşıllıqların salınması, yeni ağac və gül kollarının əkilməsi işləridə förülür. Hazırda məhəlləyə və ətraf əraziyə yeni asfalt örtüyü çəkilir.
Yerli sakinlər qısa müddət ərzində Binə qəsəbəsində 2-ci "Abad Məhəllə"nin və istirahət parkının salınmasına və bütövlükdə qəsəbədə gedən tikinti-quruculuq və genişmiqyaslı abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirirlər.