Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov rayonun Buzovna qəsəbəsində yeni asfalt örtüyünün salınması işlərinin vəziyyəti ilə tanış olmaq üçün qəsəbənin Müslüm Maqomayev küçəsində olub

13 fevral 2020 | 16:00

 Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan Bakı şəhərinin qəsəbədaxili yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar olaraq dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan   Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
     Hazırda rayonun Buzovna qəsəbəsində 454 nəfərdən  artıq əhalisi olan  Müslüm Maqomayev küçəsində ümumi uzunluğu 1200,eni 6 m olan yeni asfalt örtüyünün salınması işlərinə başlanmışdır.
     13 fevral 2020-ci il tarixində  Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ümumi uzunluğu 1200 metr olan küçəyə  yeni asfalt örtüyünün salınması işlərinin vəziyyəti ilə tanış olmaq üçün Buzovna qəsəbənin Müslüm Maqomayev küçəsində olub, qəsəbə sakinləri ilə görüşüb, onlarla söhbət edib və qəsəbənin digər problemləri ilə maraqlanıb.
     Sakinlər son illər respublikamızda, eləcə də Xəzər rayonunda aparılan abadlıq və quruculuq işlərinə görə dövlət başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 

Keçidlər