Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Türkan qəsəbəsində ümumi uzunluğu 2200 metr olan yolun tikintisi davam etdirilir

30 yanvar 2020 | 16:00

    Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin icrasına başlanılıb.
     Belə ki, avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Azəravtoyol ASC tərəfindən Türkan qəsəbəsinin Üzümçülük Savxozu ərazisində yol infrastrukturunun yenidən qurulması məqsədilə ümumi uzunluğu  2200 metr  olan yolun, 450 metr hissəsinə asfalt örtüyü salınmışdır. Hal-hazırda işlər davam etdirilir.

 

Keçidlər