Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərsu” ASC tərəfindən Binə qəsəbəsinin Şuşa şəhərciyində kanalizasiya şəbəkəsinin qurulması işləri davam etdirilir

14 oktyabr 2019 | 16:00

       Binə qəsəbəsinin Şuşa şəhərciyində kanalizasiya şəbəkəsinin qurulması məqsədilə “Azərsu” ASC tərəfindən təsdiqlənmiş 6,0 km-lik layihə üzrə işlərə başlanılmış və 3000 p/m xətt çəkilmişdir.
     Layihənin əsas məqsədi-mərkəzi kanalizasiya sisteminə qoşulmaqla ərazidə toplanan qrunt və yağış sularının ərazidən uzaqlaşdırılması və sakinlərin mənzil şəraitinin yaxşılaşırılmasına nail olmaqdır.
      İşlərin yaxın müddətdə tamamlanması nəzərdə tutulmuşdur.

 

 

 

Keçidlər