Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonu ərazisində qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz xətlərinin çəkilişi işlərinə başlanılmışdır

19 sentyabr 2019 | 16:00

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına və tapşırıqlarına əsasən ölkəmizin hər bir guşəsində, o cümlədən paytaxt Bakının bütün rayonlarında, qəsəbə və yaşayış sahələrində qaz, işıq və su infrastrukturunun yenidən qurulması istiqamətində geniş işlər aparılır .

        Xəzər rayonu ərazisində qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz xətlərinin çəkilişi işlərinə başlanılmışdır.

       Belə ki, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, Badam bağları ərazisində 32000 p/m, Hövsan südçülük sovxozu, Lələtəpə adlanan ərazidə 8000 p/m, Şüvəlan qəsəbəsi, Mayaq yaşayış massivi və Gülçülük sovxozu ərazisində 5000 p/m olmaqla ümumilikdə 45000 p/m müxtəlif diametrli (Ø108, Ø89, Ø76, Ø57) qaz xətləri çəkilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

Keçidlər