Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işləri davam etdirilir
Ölkə Başçısı cənab İlham Əliyevin Bakı və Bakıətrafı qəsəbələrin inkişafı ilə bağlı verdiyi tapşırıqların icrası məqsədilə Bakı Şəhərində yol infrastrukturunun yenidənquruması tədbilərinə başlanılmışdır. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Binə qəsəbəsi, Hövsan südüçülük sovxozu ərazisində, “Aqrokompleks”ə gedən yolun əsaslı təmiri və yenidənqurulması işlərinə start verilmişdir. Layihə üzrə ərazidə nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi əsas qəsəbədaxili avtomobil yolunun 7,0 km hissəsinin asfaltlanması nəzərdə tutulmuş və yolun 1,5 km-lik hissəsinin asfaltlnma işləri tamamlanmışdır. AAYDA-nin nümayəndələrinin verdiyi məlumata əsasən, işlər hazırda tam sürəti ilə davam etdirilir və bu ilin sonunadək işlərin tamamlanması planlaşdırılır.