Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 28 May küçəsində yol infrastrukturunun yenidən qurma işlərinə başlanılmışdır

09 iyul 2019 | 16:00

     Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işlərinə xüsusi yer ayrılır. Bir çox küçə və prospektdə yaşayış binları və parkların müasir üslubda bərpası, yol infrastrukturunun yenidən qurulması davam etdirilir.
     Belə ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 3000 dən artıq əhalisi olan  28 May küçəsinin yol infrastrukturunun yenidən qurulması məqsədilə ümumi uzunluğu 1.95 km olan yolun,0.95 km olan hissəsinə asfalt örtüyünün salınması işlərinə başlanılıb.
     Bundan başqa yolda piyadaların rahat hərəkət etməsi üçün piyada səkilərinin tikilməsi nəzərdə tutulmuşdur .
   Bu istiqamətdə işlər davam etdirilir .

 

Keçidlər