"Təmiz Xəzər-Abad Ölkəm" layihəsi çərçivəsində Xəzər rayonunun Şağan və Şüvəlan qəsəbələrində abadlıq-quruculuq və təmizlik işləri həyata keçirilmişdir
Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işlərinə xüsusi yer ayrılır. Bir çox küçə və prospektdə yaşayış binları və parkların müasir üslubda bərpası, yol infrastrukturunun yenidən qurulması davam etdirilir.
"Təmiz Xəzər-Abad Ölkəm" layihəsi çərçivəsində Xəzər rayonunun digər qəsəbələrində olduğu kimi Şüvəlan və Şağan qəsəbələrində də abadlıq-quruculuq və təmizlik işləri həyata keçirilmişdir.
Belə ki, rayonun Şağan qəsəbəsində yerləşən sakinlərin rahat gediş gəlişini təmin etmək məqsədilə M.Məmmədbəyli küçəsinə uzunluğu 800, eni 5 m olan yeni asfalt örtüyü salınmış ətraf ərazidə abadlıq işləri görülmüşdür.
Bundan əlavə, rayonun Şüvəlan qəsəbəsinin Şimal Dres yaşayış massivində yerləşən Lev Starçuk küçəsinə sakinlərin rahat hərəkət etmələri üçün uzunluğu 385, eni 1 m olan piyada səkisi salınmış üzərinə tamet daşı vurulmuşdur.
Şüvəlan qəsəbəsi