Xəzər Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə rayonda məişət tullantılarının yığılması və daşınmasının təkmilləşdirilməsi ilə əlaqədar müşavirə keçirilib.
28 mart 2019-cu il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun sədrliyi ilə rayonda məişət tullantılarının yığılması və daşınmasının təkmilləşdirilməsi ilə əlaqədar müşavirə keçirilib.
Müşavirədə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, RİH Başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi və Xüsusi təyinatlı Mənzil Komunal Təsərrüfat Birliklərinin MKİS rəhbərləri iştirak ediblər.
Müşavirədə rayon ərazisində məişət tullantılarının yığılması və daşınmasının vəziyyəti geniş şəkildə müzakirə edilib, bu sahədə olan ciddi nöqsanların aradan qaldırılması, tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi işinin yenidən qurulmasına dair Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tərəfindən ciddi tapşırıqlar verib.
Həmçinin bu sahədə nəzarəti gücləndirməklə yanaşı, ərazilərin təmiz saxlanılması və sanitar normalara riayət edilməsi istiqamətində əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.
Eyni zamanda, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən Xəzər rayonu ərazisində bərk məişət tullantılarının idarə olunması ilə bağlı işçi qrupu yaradılıb.