Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Mərdəkan qəsəbəsində aparılan abadlıq – quruculuq işləri davam etdirilir.

12 yanvar 2019 | 16:00

      Xəzər rayonunun digər qəsəbələri ilə yanaşı Mərdəkan qəsəbəsində də abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılır.
     Belə ki, qəsəbənin mərkəzi küçəsi olan S.Yesenin küçəsində uzunluğu 400 metrə qədər olan yol kənarı hasarlara müasir üzlük daşları vurulmuş, divarlara gecə işıqları quraşdırılmış, mgistral yolun ətrafında yeni yaşıllıqlar salınmışdır. Qəsəbədə olan istirahət parkındakı yararsız vəziyyətə düşən mini futbol meydançası əsaslı şəkildə təmir olunmuş, S.Dadaşov küçəsində «İnci» uşaq bağçasının ətrafında çoxmənzilli yaşayış binalarının həyətlərində asfaltlanma işləri görülmüş, binaların girişlərində təmir işləri aparılmış,  ətrafda yeni yaşıllıqlar salınmış, işıqlandırma və 450 kv metr olan hasarlar  malalanmış, ümumilikdə 1000 m2 divar  və oradakı küçəyə çıxış qapıları rənglənilmişdir.  Zabitlər evinin köhnə hasarları 144,0m2 sökülərək yenidən tikilmiş, 390p/m aqlay daşı ilə üzlənmişdir.
     Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyələrin, rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin əməkdaşları iştirakı ilə yeni salınan Buzovna–Mərdəkan–Qala avtomobil yolunun mühafizə zolağında xüsusi ayrılmış sahədə şam ağacları əkilmiş, suvarılmış və ətraf ərazidə təmizlik işləri görülmüş, yol boyu zibil qutuları qoyulmuşdur.

Keçidlər