Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti Başçısının iştirakı ilə Rayon İcra Hakimiyyəti yanında yaradılan Apellyasiya Şurasının ilk iclası keçirildi.

23 fevral 2016 | 16:00

     23 fevral 2016-cı il tarixində  Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Gülağa İslamov  Rayon İcra Hakimiyyəti yanında yaradılan Apellyasiya Şurasının üzvləri və rayon sahibkarları ilə görüşü keçirdi.
Görüşdə RİH Başçısının müavinləri, RİH Başçısı Aparatının şöbə müdirləri və rayon üzrə fəaliyyət göstərən sahibkarlar iştirak etdilər.
Apellyasiya Şurasının iclasını RİH-nin Başçısı Gülağa İslamov açıq elan edərək dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə anti-böhran tədbirlərinin həyata keçirilməsini, Respublikamızda fəaliyyət göstərən sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə bir sıra təxirəsalınmaz tədbirləri görülməsini vurğuladı.        
Daha sonra G.İslamov məruzə üçün sözü RİH Başçısının müavini , Apellyasiya Şurasının sədri Lalə Əhmədovaya verdi.
L.Əhmədova “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanının icrası və Xəzər rayonu ərazisində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının “Xəzər Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının yaradılması haqqında” 9 fevral 2016-cı il tarixli 65 nömrəli sərəncamı ilə Apellyasiya Şurasının yaradılması və Xəzər Rayon İcra Hakimiyyətində Apellyasiya Şurasının üzvlərinin və Katibliyin tərkibinin təsdiq edilməsi məqsədi ilə 10 fevral 2016-cı il tarixli sərəncamın imzalanmasını tədbir iştirakçılarının diqətnə çatdırdı. Həmçinin Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 12 fevral 2016-cı il tarixli, 71 nömrəli sərəncamı ilə Xüsusi Qərargah yaradılması, Qərargahın nəzdində sahibkarların tələb və təkliflərinin təmin olunması məqsədilə “Qaynar xətt” xidmətinin təşkil olunmasını, Qərargahın və Apellyasiya şurasının yaradılması barədə məlumatların RİH-nin rəsmi internet saytında yerləşdirilməsini vurğuladı.
Sonda RİH Başçısı tərəfindən görüşdə iştirak edən yerli sahibkarların şikayətləri və təklifləri dinlənilmiş, onları narahat edən məsələlərin həlli istiqamətində müzakirələr aparılmışdır.
Görüşdə iştirak edən sahibkarlar dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya, son zamanlar onlara yaradılan şəraitə və dəstəyə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər