Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonununda ümum rayon iməclik keçirilib

21 iyun 2023 | 10:08

    Yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırığa uyğun olaraq Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı iməclik keçirilib.  
   İməcilik zamanı parklar və istirahət güşələrində, çimərliklərdə, prospekt və küçələrdə, səki kənarlarında alaq otlarının vurulması, məişət tullantılarının atıldığı konteyner və meydançalarının ətrafının yuyulması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülüb.
  Həmçinin, ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görülərək, ərazilər ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib.
    Mövsüm ərzində mütəmadi olaraq qeyd olunan istiqamətlərdə iməcliklərin keçirilməsi nəzərdə tutulub.

Keçidlər