Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Şüvəlan çimərliyində növbəti təmizlik aksiyası keçirilmişdir

22 may 2024 | 16:40

    “Təmiz ölkəm” aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xəzər  Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbəsinin  Xəzər dənizi sahil zolağında növbəti təmizlik aksiyası keçirilmişdir.
   18.05.2024-cü il tarixdə keçirilən aksiyada məqsəd rayon ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Aksiya zamanı 130 kq bərk məişət tullantıları ərazidən təmizlənmişdir.
   Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.

Keçidlər