Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Binə və Qala qəsəbələri ərazisində növbəti iməcilik keçirilmişdir

29 avqust 2022 | 10:41

   Xəzər rayonu ərazisində irimiqyaslı təmizlik və abadlıq işləri üzrə iməciliklər mütəmadi şəkildə davam etdirilir.
   Görülən işlər çərçivəsində ətraf mühitin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısının alınması, çirklənmiş ərazilərin təmizlənməsi və rayon üzrə məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə 25 avqust 2022-ci il tarixində Qala və Binə qəsəbələrinin ərazisində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyələrin yaxından iştirakı ilə geniş miqyaslı təmizlik və abadlıq işləri aparılmışdır.
   Belə ki, Binə qəsəbəsinin mərkəzi küçəsi olan Əli İsazadə küçəsində təmizlik işləri aparılmış, mərkəzi yolun kənarında yerləşən yaşayış binalarının fasad hissələri rənglənmiş, işıq dirəklərində olan nasazlıqlar aradan qaldırılmış, yanmayan lampalar yeniləri ilə əvəzlənmiş və ərazidəki qaz kəmərləri rənglənmişdir. Bundan əlavə, Qala qəsəbəsinin yeni yaşayış sahəsində də genişmiqyaslı təmizlik işləri də aparılmışdır. Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən texnika və işçi qüvvələri cəlb olunmaqla ərazidəki alaq otları vurulmuş, bərk məişət tullantıları daşınılmış, yollar xüsusi süpürən-təmizləyən maşınlardan istifədə edilməklə təmizlənmişdir.

Keçidlər