Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda yerüstü piyada keçidlərinin tikintisi davam edir

29 avqust 2022 | 11:46

    Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

    Bu istiqamətdə  Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində inşa olunan yerüstü piyada keçidinin quraşdırılması işləri həyata keçirilir.

Qeyd edək ki, inşası aparılan yerüstü piyada keçidi yüngül konstruksiyalıdır. 

   Piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

    Vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə əlavə olaraq Mərdəkan prospektinin 29-cu Binə küçəsi ilə kəsişməsində və Zuğulba şossesinin H.İsgəndər küçəsi ilə kəsişməsində piyada keçidlərinin inşası nəzərdə tutulmuşdur.

Keçidlər