Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda rabitə xidmətlərinin yaxşılaşdırılması işləri aparılır

03 oktyabr 2022 | 14:31

   Bakı şəhərində və respublikanın bir sıra regionlarında müəyyən bina və ərazilərdə GPON (Gigabyte Passive Optical Network) – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası ilə internet xidmətləri təmin edilir və bu xidmətlər fiber-optik xətləri üzərindən qurulur.
    Layihə çərçivəsində Xəzər rayonunun Binə, Qala və Zirə qəsəbələrində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir.
   GPON fiber-optic kabellərlə təqdim olunan xidmətlər vasitəsilə hər bir mənzildə istifadəçilər “1 xətt – 3 xidmət” paketinə qoşulmaq imkanı əldə edirlər. Bu xidmətlərə sabit telefon xidmətindən istifadə, yüksəksürətli internet təminatı və 150-dən yuxarı yerli və beynəlxalq telekanalı izləmə (yaddaşda qalan son 3 günü arxivdən istənilən yayıma baxmaq imkanı ilə) daxildir.
    2023-cü ilin sonunadək GPON texnologiyası ilə göstərilən xidmətlər bütün qəsəbələri əhatə edəcək.

Keçidlər