Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti genişmiqyaslı ümumrayon iməciliyi keçirilib

22 iyul 2023 | 13:10

  Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırığa uyğun olaraq, iyul ayının 22-si səhər saatlarından etibarən Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla növbəti genişmiqyaslı iməclik keçirilib.
  Belə ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Rayon Yaşıllaşdırma Sahəsi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və qəsəbə bələdiyyələrinin iştirakı ilə rayonun bütün qəsəbələri əhatə olunmaqla təmizlik və abadlıq işləri görülüb.
  İməcilik zamanı parklar və istirahət güşələrində, prospekt və küçələrdə, səki kənarlarında alaq otlarının vurulması, məişət tullantılarının atıldığı konteyner və meydançalarının ətrafının yuyulması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülüb.
  Həmçinin, ərazidə mövcud olan ağac və kollarda yaşıl budamanın aparılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənlik və ağacların suvarılması işləri görülüb. Həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görülərək, ərazilər ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib.

Keçidlər