Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda məhəllədaxili yolların yenidən qurulması və abadlıq işləri davam etdirilir

15 avqust 2024 | 11:01

  Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, eyni zamanda payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Xəzər Rayon İcra Hakimiyyəti  və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhəllədaxili yolların yenidən qurulması və abadlıq işlərinin aparılması davam etdirilir.
  Görülmüş işlər çərçivəsində Şüvəlan qəsəbəsi, Lev Starçuk küçəsi,  11 saylı yaşayış binasının həyətinə, həmçinin Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 1 və 7 ünvanlara yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır.
    Qeyd edək ki, rayon ərazisində abadlıq işlərinin həyata keçirilməsi  mərhələli şəkildə davam etdirilir.

Keçidlər