Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda məhəllədaxili yolların yenidən qurulması və abadlıq işləri davam etdirilir

09 dekabr 2025 | 07:51

  Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, eyni zamanda payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Mərdəkan, Şüvəlan, Binə, Buzovna, Türkan və Zirə bələdiyyələri tərəfindən məhəllədaxili yolların yenidən qurulması və abadlıq işlərinin aparılması davam etdirilir.

   Görülmüş işlər çərçivəsində Buzovna qəsəbəsi, Ayna Sultanova, Lermontov, Çingiz Mustafayev, Nadir Axundov, Abbasqulu Abdullayev küçələri, Binə qəsəbəsi, 100, 172-ci Binə küçələri və Asif Həsənov küçəsi, həmçinin Şüvəlan qəsəbəsi, Gülçülük küçəsi, Zirə qəsəbəsi, 73-cü Zirə küçəsi, Şağan qəsəbəsi, Heybətqulu Məmmədbəyli küçəsi, döngə 3 ünvanında yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır.

    Qeyd edək ki, rayon ərazisində abadlıq işlərinin həyata keçirilməsi  mərhələli şəkildə davam etdirilir.

 

Keçidlər