Xəzər rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Xəzər rayonunda ağacəkmə aksiyası keçirilib.
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Türkan qəsəbəsində keçirilən aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, rayonun təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları tərəfindən əkilən ağac və gül kollarına aqrotexniki qulluq göstərilib, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon ərazisində yaşıllıqların artırılması məqsədilə aksiyaların davam etdirilməsi nəzərdə tutulur.