Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq-quruculuq və təmizlik işləri davam etdirilir

05 oktyabr 2024 | 09:02

    Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xəzər rayonu ərazisində də küçə, park, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
   Belə ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyələrin iştirakı ilə rayonun mərkəzi küçə və prospektlərində qəsəbə daxili küçülərdə geniş miqyaslı abadlıq və quruculuq, təmizlik işləri davam etdirilir
   Görülən işlər çərçivəsində mərkəzi küçələrdə yol boyu hasarlar rənglənir dağılmış bardürlər yenidən bərpa edilir qəsəbə daxili dayanacaqlarda təmir işləri aparılır, nasaz işıq dirəkləri təmir olunur, görünüşə xələl gətirən reklam lövhələri yığışdırılır, yol kənarlarında yığılmış torpaq qatı təmizlənməsi işləri həyata keçirilir. Həmçinin, ağac və kollarda yaşıl budama işləri görülüb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ərazi alaq otlarından və tullantılardan təmizlənib.
    Qeyd edək ki, rayonun bütün qəsəbələrində abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər