Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq-quruculuq işləri davam etdirilmişdir

06 oktyabr 2023 | 09:59

   Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xəzər rayonu ərazisində də küçə, park, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
   Belə ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyələrin iştirakı ilə rayonun mərkəzi küçə və prospektlərindən olan Buzovna qəsəbəsi, Buzovna-Maştağa avtomobil yolunda, Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində və Türkan qəsəbəsi, Xanlar küçəsində geniş miqyaslı abadlıq və quruculuq işləri  görülür.
   Görülən işlər çərçivəsində mərkəzi küçələrdə yol boyu vətəndaşlara məxsus fərdi yaşayış evlərinin divarları və hasarları, həmçinin sahibkarlıq subyektləri də cəlb olunmaqla qeyri-yaşayış obyektlərinin fasad hissələri rənglənir və digər abadlıq və təmizlik işləri həyata keçirilir.
  Görülən işlərlə yanaşı ərazidə mövcud olan ağac və kollarda yaşıl budamanın aparılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənlik və ağacların suvarılması, həmçinin yeni yaşıllıq zolaqlarının salınması işləri görülür.

Keçidlər