Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

12 iyul 2023 | 12:45

  Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xəzər rayonu ərazisində də küçə, park, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
  Xəzər Rayon İcra Hakimiyyəti və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonun bütün qəsəbələri əhatə olunmaqla təmizlik və abadlıq işləri görülür.
 Görülən işlər çərçivəsində mərkəzi küçələrdə təmizlik işləri aparılmış, yol boyu vətəndaşlara məxsus fərdi yaşayış evlərinin divarları, hasarları, darvazaları rənglənmiş, işıq dirəklərində olan nasazlıqlar aradan qaldırılmış, yanmayan lampalar yeniləri ilə əvəzlənmiş, piyada səkilərinə yeni bardürlər düzülmüş məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir. Rayon ərazisindəki parklarda, məhəllələrarası istirahət və əyləncə sahələrində təmir-bərpa işləri aparılıb, istirahət parklarında skamyalar, nasaz işıq dirəkləri və eləcə də idman və əyləncə meydançaları təmir edilmişdir.
  Eyni zamanda ərazidə mövcud olan yaşıllıq zolaqları və ağaclar suvarılmış və onlara aqrotexniki qulluq göstərilmişdir.
  Həmçinin, piyadaların və nəqliyyatın hərəkətinə mane olan, eyni zamanda rayonun ümumi görünüşünə xələl gətirən standartdankənar reklam lövhələri səkilərdən və yol kənarlarından götürülərək ərazidən kənarlaşdırılmışdır.

Keçidlər