Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq-quruculuq işləri davam etdirilib

16 sentyabr 2023 | 14:20

  Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırığa uyğun olaraq Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla növbəti genişmiqyaslı iməclik keçirilib.
  Belə ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin iştirakı ilə rayonun bütün qəsəbələri əhatə olunmaqla təmizlik və abadlıq işləri görülüb.
  İməcilik zamanı parklar və istirahət güşələrində, prospekt və küçələrdə, səki kənarlarında alaq otlarının vurulması, məişət tullantılarının atıldığı konteyner və meydançalarının ətrafının təmizlənməsi, eləcə də digər təmizlik işləri görülüb
  Görülən işlər çərçivəsində mərkəzi küçələrdə yol boyu vətəndaşlara məxsus fərdi yaşayış evlərinin divarları və hasarları, həmçinin sahibkarlıq subyektləri də cəlb olunmaqla qeyri-yaşayış obyektlərinin fasad hissələri rənglənib.
Ərazidə mövcud olan ağac və kollarda yaşıl budamanın aparılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənlik və ağacların suvarılması, həmçinin yeni yaşıllıq zolaqlarının salınması işləri görülüb.
  Eyni zamanda, piyadaların və nəqliyyatın hərəkətinə mane olan, eləcə də rayonun ümumi görünüşünə xələl gətirən standartdankənar reklam lövhələri səkilərdən və yol kənarlarından götürülərək ərazidən kənarlaşdırılıb.

Keçidlər