Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar olaraq yeni yaşıllıq zolaqlarının salınması və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir

03 oktyabr 2024 | 15:13

2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Xəzər rayonu ərazisində genişmiqyaslı yaşıllaşdırma işləri mərhələli şəkildə davam etdirilir.

Həyata keçirilən yaşıllaşdırma işləri çərçivəsində rayon ərazisində parklarda, xiyabanlarda yeni yaşıllıq zolaqları yaradılmış, qazon örtükləri salınmış, budanma işləri aparılaraq quru ağaclar ərazidən çıxarılmışdır. Həmçinin, rayonun müxtəlif ərazilərində, yol kənarlarında, parklarda, prospekt və küçələrdə yeni yaşıllıq guşələri yaradılaraq ağac və dekorativ gül kollarının əkilməsi işləri davam etdirilir.

Aparılan abadlıq işlərinin əsas məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.

 

 

Keçidlər