Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində növbəti genişmiqyaslı iməclik keçirilib

09 avqust 2025 | 12:28

Avqust ayının 9-da səhər saatlarından etibarən Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı iməclik keçirilib.
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ümumrayon iməcliyində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatlar iştirak edib.
İməclik zamanı xüsusilə çimərlik ərazilərində o cümlədən, parklar və istirahət güşələrində, prospekt və küçələrdə səki kənarlarının, bordür və işıq dirəklərinin, məhəccərlərin, köşk və dayanacaqların, məişət tullantılarının atıldığı konteyner və meydançaların ətrafının təmizlənməsi o cümlədən qəsəbə daxili yolların bəzilərində dezinfeksiya işləri həyata keçirib.
Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb və toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
Qeyd edək ki, növbəti həftələrdə də genişmiqyaslı iməcliklərin keçirilməsi nəzərdə tutulub.

Keçidlər