Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun bütün qəsəbələri üzrə növbəti iməclik həyata keçirilib

22 iyun 2024 | 13:30

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə verilmiş tapşırığa uyğun olaraq 22 iyun səhər saatlarından etibarən Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı iməclik keçirilib.  Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ümumrayon iməcliyində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların, təhsil, səhiyyə müəssisələrinin əməkdaşları iştirak edib. Həmçinin rayon ərazisində fəaliyyət göstərən sahibkarlar və özəl sektorda çalışanlar da iməcliyə fəal qoşularaq, onlara məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman işlərinin görülməsi istiqamətində müvafiq tədbirlər görüblər. İməclik zamanı parklar və istirahət güşələrində, prospekt və küçələrdə səki kənarlarının, bordür və işıq dirəklərinin, məhəccərlərin, köşk və dayanacaqların, məişət tullantılarının atıldığı konteyner və meydançalarının ətrafının, həmçinin mərkəzi küçə və prospektlərin xüsusi texnika ilə yuyulması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülüb. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görülərək, ərazilər ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb. Qeyd edək ki, növbəti həftələrdə də genişmiqyaslı iməcliklərin keçirilməsi nəzərdə tutulub.

Keçidlər