Şriftin ölçüsü :

Saytın rəngi :

Zirə qəsəbəsində sakinklərlə səyyar görüş keçirildi

03 noyabr 2022 | 18:34

   Xəzər rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə davamlı olaraq səyyar qəbullar keçirilir. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun sakinlərlə növbəti səyyar qəbulu Zirə qəsəbəsində keçirilib.
   Zirə qəsəbəsi 120 saylı orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
   Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
   Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığına görə məmnun qaldıqlarını bidirərək, onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər