Şriftin ölçüsü :

Saytın rəngi :

Zirə qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

24 sentyabr 2025 | 15:57

    24 sentyabr  2025-ci il tarixində Zirə  qəsəbəsi, 120 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Zirə bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
    Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ölkəmizin bütün bölgələrində, o cümlədən, Xəzər rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışmış və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd edib.
      Sonra Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov səyyar görüşdə iştirak edən sakinlərin müraciətlərini dinləyib.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
    Səyyar görüşdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Şağan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işləri ilə tanış olub, həmçinin qəsəbə sakinlərini narahat edən problemlərinin yerində öyrənilməsi məqsədilə əraziyə baxış keçirib və müraciətləri dinləyib.

Keçidlər