Şriftin ölçüsü :

Saytın rəngi :

Zirə qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir

03 mart 2026 | 18:15

    Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə qəsəbələrdə sakinlərlə keçirilən səyyar görüşlər davam etdirilir.

     3 mart 2026-cı il tarixində Zirə qəsəbəsində yerləşən 324 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir.

    Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri eləcə də rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.

    Tədbir zamanı vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və operativ həlli məqsədilə aidiyyəti qurumlara konkret tapşırıqlar verilmişdir.

Keçidlər