Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər Günü” ərəfəsində təhsil müəssisələrində silsilə tədbirlər keçirilir

07 noyabr 2023 | 15:20

   Müstəqil dövlətçiliyimizin təntənəsi, ərazi bütövlüyümüzün bərpası və milli qürurumuzun təsdiqi olan, Azərbaycan dövlətinin və xalqının əbədi qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış “Zəfər Günü” artıq üçüncü ildir ki, ölkəmizin bütün bölgələrində olduğu kimi Xəzər rayonunda da yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Ölkənin hər bir qarışında, böyükdən tutmuş balacaya qədər hər kəsin təntənə və qürurla qeyd etdiyi “Zəfər bayramı” ərəfəsində rayonun təhsil müəssisələrində silsilə bayram tədbirləri keçirilmiş, rəsm sərgiləri, inşa yazı və şeir müsabiqələri təşkil edilmişdir. Tədbirlərə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvləri, qazilər və müharibə iştirakçıları dəvət olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.       Vətənpərvərlik ruhunda təşkil olunan bayram tədbirlərində şagirdlərin ifasında şeirlər, mahnılar, rəqslər səsləndirilmiş, səhnəciklər göstərilmişdir.
   Bayram coşğusu davam etməkdədir.

Keçidlər