Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının təsis olunmasının 31 illiyi qeyd olunub

20 iyul 2024 | 18:06
   19 iyul 2024- cü il tarixində baş tutan tədbirdə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər RİH başçısının birinci müavini Elşən Qurbanov və RİH başçısı Aparatının şöbə müdirləri, partiyanın rayon təşkilatının əməkdaşları, veteranlar, rayonun ictimai- siyasi həyatında fəal olan məktəb direktorları iştirak ediblər.
   Tədbir İştirakçılar ilk öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
   YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov giriş sözü ilə tədbiri açaraq, partiyanın yaranma tarixinə və fəaliyyətinə nəzər salıb. N.Əhmədov çıxışında Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atdığını, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirdiyini diqqətə çatdırıb. YAP-ın qarşıya qoyulan vəzifələrinin yerinə yetirilməsində rayon və ərazi partiya təşkilatlarının da rolunun, onların mütəşəkkil, aktiv fəaliyyətinin vacibliyi qeyd edilib.
    Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Prezident İlham Əliyevin partiyaya sədr seçilməsindən sonra isə YAP inkişafının yeni mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğu vurğulanıb, bildirilib ki,  44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəldib.
    Daha sonra YAP-ın veteran üzvü Abbasqulu Bağırov çıxış edərək partiyanın keçdiyi çətin yola nəzər salıb.
    Sonda YAP-ın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə Fəxri fərman təqdim edilib.
Keçidlər