Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri “Ana harayı” abidəsini ziyarət etmişlər
26 fevral 2026 | 18:17
26 fevral 2026-cı il tarixində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət etmişlər. Abidənin önünə gül dəstələri qoyulmuş, soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiram və hörmətlə yad edilmişdir.
Həmçinin, saat 17:00-da rayonun mərkəzi küçələrində faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.






